Servantesin qəbri axtarılır

Servantesin qəbri axtarılır
6 may 2014
# 15:26

Məşhur ispan yazıçısı, “Don Kixot” romanının müəllifi Migel De Servantes Madriddə kiçik monastırda dəfn olunsa da məzara adı yazılmadığından qəbri itib.

4 əsr sonra İspaniya hakimiyyəti onun qəbrinin tapılması üçün sərəncam verib.

Axtarışa başlayan arxeoloqlar dəstəsi nəticənin bu ilin axırında məlum olacağını bildiriblər.

Qazıntı 100 min avroya başa gələcək.


Axtarış zamanı yazıçının özü haqda yazdığı faktlara istinad ediləcək.

Servantes ölümündən az əvvəl yalnız 6 dişinin qalmasını yazıb.

Digər fakt isə yazıçının döyüşdə aldığı yaralardır.

Yazıçı 1571-ci ildə Müqəddəs Liqa koalisiyasının tərkibində Osmanlı qoşunlarına qarşı Lepanto döyüşündə yaralanıb.

Qalıqları tapılacağı təqdirdə o, yenidən monastırda üzərində memorial lövhə olan qəbirdə dəfn olunacaq.

# 2522 dəfə oxunub

Müəllifin son yazıları

# # #