Keçmiş porno ulduz: “Porno izləmək yemək qədər təbii ehtiyacdır”

Keçmiş porno ulduz: “Porno izləmək yemək qədər təbii ehtiyacdır”
18 fevral 2014
# 08:45

Keçmiş porno ulduz Saşa Qrey hazırda kitab yazmaqla məşğuldur. Yeni kitabı və ilk romanı “The Julitte Society”ı (“Cüliyetin cəmiyyəti”) Türkiyədə nəşr etdirməyə hazırlaşan keçmiş porno ulduz “Hürriyət” qəzetinə müsahibə verib.

Kulis.az müsahibədən maraqlı hissələri təqdim edir.

- Sizinlə telefonda danışdığımı desəm, dostlarım soruşacaq ki, səsi necəydi?

- Səsimin əsl transseksual səsinə oxşadığını deyərsiniz onlara. Səndən mənimlə bağlı ağız sulandıracaq ifadələr gözləyəcəklərsə, açıb hansısa bir filmimə baxsınlar.

- Türkiyədə yeni internet qaydaları filmlərinizi izləməyə imkan vermir.

- Porno mədəniyyəti olmayan ölkələr mənə yalançı və təcavüzçü kimi görünür. Çində, İranda pornoçular tanınmırmı sizcə? Əksinə, oralarda bəzi mədəni cəmiyyətlərdən daha çox tanınıram bəlkə də... Porno izləmək ən azı yemək qədər təbii hüquq və ehtiyacdır. Utanmadan bu haqqınızı müdafiə etməlisiniz. Bu o demək deyil ki, siz pozğunsunuz. Milyonlarla insanın pul qazandığı, 6 milyard dollarlıq bir sektordan danışırıq.


- Bu müsahibəni sizdən 2-3 seksual söz eşitmək üçün oxuyacaq xeyli adam olacaq.

- Ha, ha! Onda kitabım Türkiyədə uzun müddət ən çox satılanlar siyahısında qalacaq. Super! Bu düşüncə həmişə var əslində. Cəmiyyətin bir hissəsinin gözündə mən səhərdən axşama qədər çılpaq gəzən, gündə bir neçə dəfə sekslə məşğul olan, əlində həmişə banan tutan bir qadınam.


- DJ-lik, aktyorluq, indi də yazıçılıq. Hamısı “porno ulduz” obrazından xilas olmaq üçün edilən cəhdlərdimi?

- Xeyr! Pornoqrafiyanı 4 il əvvəl tərk etmişəm. Çünki etmək istədiyim və bacardığım hər şey etmişdim. Elə bir sərhəd qalmamışdı ki, onu da aşım. Hər şeyi vaxtında qurtarmaq lazımdır.

- “Məndən bu qədər. Artıq gedirəm...” – dediyiniz vaxta qayıdaq. Həmin anı necə xatırlayırsınız?

- Konkret elə bir an yoxdur. Müəyyən zaman müddətində verilən qərardır. Yavaş-yavaş sonunun gəldiyini hiss etmişdim. Əvvəlcə prodüserliyə, rejissorluğa meylləndim. Özümə bir prodüser şirkəti yaratdım. Sonra da filmlərdə oynamağa son verdim.

- Hansı daha ləzzətli idi: kameranın arxası, yoxsa qabağı?

- Kamera arxasından çox baş çıxartmadım. Şərikimlə dil tapa bilmədim, şirkət bağlandı, filmlər də yarımçıq qaldı.

- Porno dünyasını tərk etdikdən sonra həyatınızda nələr dəyişdi?

- Hobbilərim dəyişdi. Əvvəllər seks - hobbilərimi işlə əvəz etmək demək idi. İndi isə sadəcə sevdiyim kişi ilə etdiyim dünyanın ən gözəl şeyidir.

- Arada öz filmlərinizi izləyirsinizmi?

- Xeyr, internetdən mümkün qədər uzaq gəzməyə hazırlaşıram. Pornodan sonra həyat asan deyil. Sən özünə yeni bir düzən qursan da, cəmiyyət buna imkan vermir. Mən də dirəşmişəm, kitab yazıram!

- Roman əvəzinə avtobioqrafiya yaza bilərdiniz...

- Bu həyatda mən nə görmüşəm ki? 25 yaşındakı bir qızın həyatını kim oxumaq istəyər? Özümü elə də ciddi biri hesab eləmirəm. Cüliyet kimi bir obraz yaratdığım, təcrübələrimi və yaşadıqlarımı bu obraz vasitəsilə çatdırmaq daha maraqlı gəldi mənə.

- İnsanların porno ulduz olmağı üçün üç səbəb var deyirlər: pul, əyləncə, ya da ancaq maraq. Düzdü?

- Həqiqətən belədir. Məndə maraq idi. Düzdü, pul da yaxşı idi, amma bu sektoru tərk etdikdən sonra ömür boyu sizə yetəcək qədər də çox deyildi. Ciddi intizamlı olmalısan bu işdə. Hər işi özünüz etməlisiniz. Hansısa bir rəfiqəniz gedib sizin əvəzinizdən onlarla yatmayacaq təbii ki.

# 10676 dəfə oxunub

Oxşar xəbərlər

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

15:00 16 sentyabr 2025
"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

09:00 16 sentyabr 2025
"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər