İçkilər, dadlı yeməklər, gözəl qızlarla bol şəhərlər 

İçkilər, dadlı yeməklər, gözəl qızlarla bol şəhərlər 
4 iyul 2013
# 07:30

Kulis.Az dünyanın ən maraqlı, gözəl istirahət edə biləcəyiniz 10 şəhərini təqdim edir.

Rio de Janeiro

Yanınızda kimin olub-olmadığının fərqi yoxdur, əsas odur Kristo Redentordan günəşin batmağını seyr edəcəksiniz, İpanema çimərliyində dənizin və günəşin dadını çıxaracaqsınız.

Barselona

İncəsənət həvəskarları, Barselonaya! Dünyanın ən seçmə əsərlərinin toplandığı muzeyləri gəzmək, ən məşhur qrupların konsertində olmaq, səhərə qədər əyləncəli barlarda içib səyahəti doya-doya yaşamaqdan yaxşı nə ola bilər?!

Keyptaun

Yolu bir azca uzaq olsa da, əmin olun getməyinizə dəyəcək! Afrika mətbəxinə dair ən maraqlı yeməklərin verildiyi restoranlardan çıxıb, dadlı kokteylləri və gecə həyatının ən məşhur simaları ilə birgə əylənəcəyiniz “Julep” yaxud “Waiting Room”. İstirahət üçün daha nə lazımdır ki?!

Sidney


Avstraliyaya qədər gedə bilsəniz, Sidney gəmi turuna çıxmasanız olmaz. Lap istəsəniz qırmızı bir “Ferrari” kirayələyib “The Star Casino”ya da gedə bilərsiniz.

Moskva


Azərbaycanın yəqin ki 50%-dən çoxunun cavanlığı Moskvada keçib; kimininki Sovet vaxtı, kimininki müstəqillik dövründə…Soyuq havasına baxmayaraq Kreml Sarayı hələ də şəhərə turist cəlb etməyi bacarır. Zəngin rus mətbəxi, vodka, səhərəcən əyləncə, gözəl qadınların vəhdəti – Moskva!

Amsterdam


Gecə həyatının dinamik olduğu “Qırmızı fənərlər küçəsi”, çayda səyahət turu və əlbəttə ki, “Heineken” pivəsi içməmiş şəhəri tərk etməyin.

Monte Karlo


Təbiət həvəskarları üçün Monte Karlo əla yerdir - dünyanın ən maraqlı və zəngin bitkilər aləminə sahib Yapon Bağı, dəniz, gəmi turları… Şəhər həm də qumarxanaları ilə məşhurdur - “Casino Monte Carlo”, “Place du Casino” və s.

Las-Veqas


Amerikanın və hətta dünyanın il boyu turistləri maqnit kimi özünə çəkən şəhərlərdən ən moderni, ən möhtəşəmi! O qədər əyləncə içində turistlər ilk gündən başqa çətin hansısa günü xatırlaya…

Banqkok


Asiyanın son vaxtlar ən populyar şəhəri Banqkok ekzotik yeməklərin və içkilərin mərkəzidir. Rəqqas qızlardan ibarət “Calypso Cabaret”də əvvəlcədən rezerv etdirməyi unutmayın!

Şanxay


Ekzotika həvəskarı, fərqli dadları, hissləri yaşamağı sevənlər üçün Şanxay əvəzolunmaz yerdir! Sönmək bilməyən gecə həyatı, əsrarəngiz şəhər mənzərəsi və kokteylləri ilə məşhur “Vue Bar” tətilinizi daha yaddaqalan edəcək.

# 5057 dəfə oxunub

Oxşar xəbərlər

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

15:00 18 yanvar 2026
Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur  ədəbi cərəyanlar

Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur ədəbi cərəyanlar

12:00 18 yanvar 2026
"Gecə" - Varlam Şalamovun hekayəsi

"Gecə" - Varlam Şalamovun hekayəsi

17:00 17 yanvar 2026
“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

12:00 17 yanvar 2026
İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

17:00 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər