“Homoseksual olmaqdansa, incəsənətlə maraqlanın”

“Homoseksual olmaqdansa, incəsənətlə maraqlanın”
7 fevral 2014
# 08:45

Kulis.az amerikalı yazıçı Kurt Vonnequtun həyat və ədəbiyyat haqqında sitatlarını təqdim edir.

Kimi yamsıladığımıza fikir verməliyik, çünki sonda həmin adam ola bilərik.

Bir romanı əsəb və nifrətlə qarşılayan tənqidçidə məntiq axtarmayaq. O zirehlənib bir qab dondurmaya hücum edən adama bənzəyir.

Mənim sevdiyim Amerika Ağ Evdə, Ali Məhkəmədə, Senatın binasında, Nümayəndələr Palatasında, yaxud mediada deyil bəlkə də, amma hələ də yaşayır. Mənim sevdiyim Amerika ictimai kitabxanaların ön sıralarında hələ də yaşayır.

Əziz gələcək nəsillər. Xahiş edirəm, üzrümüzü qəbul edin. Neftlə sərxoş olduq.

Əsl terror bir gün səhər oyanıb orta məktəbdəki sinfinizin ölkəni idarə etdiyini görməkdir.

Bütün hallarda – hamımız oxucu olduğumuzdan, bir kommunikasiya mütəxəssisinin bundan sonra nə düşünəcəyimizi deməsinə ehtiyac duymuruq, necə düşünəcəyimizi deməsinə də.

Çıxışlarımda sənətkarların zamanı dayandırmaq missiyası olmasından bəhs etmişəm həmişə. Onlar zamanı durdurduqda insanlar həyatda olmağın gözəlliyini bir az da olsa təqdir edə bilərlər. Bunu kimin bacardığını soruşanda isə cavab belə olub: “Bitlz” (The Beatles.)

Oyanın, ey axmaqlar! Oyanın, sizi pulun çox dəyərli olduğunu düşündürən yuxunuzdan!

Valideynlərinizi incitmək istəyirsinizsə, homoseksuallığa meyllənməyə ehtiyac yoxdur, incəsənətlə məşğul olun. Zarafat etmirəm. Sənət – pul qazanmaq üçün yaxşı yol deyil. Sənət həyatı bir az asanlaşdırmaq üçün insani yoldur. Özünüzü sənətin hansısa bir sahəsinə həsr etmisinizsə, uğur qazanıb-qazanmamağınızdan asılı olmayaraq ruhunuz cənnət eşqiylə ucalacaqdır! Hamamda mahnı oxuyun, radionu açıb rəqs edin. Hekayələr danışın. Bir dostunuza pis, ya da yaxşı bir şeir yazın. Əlinizdən gələnin ən yaxşısını edin. Əvəzində böyük bir mükafat qazancaqsınız.

İnsanların çoxu ümidsizcə onlara bu mesajın gəlməyini gözləyirlər: “Mən də sənin qədər hiss edir və düşünürəm, çoxluğun əksinə, sənin vecinə almadığın şeyləri mən də vecimə almıram. Tək deyilsən”.

# 2963 dəfə oxunub

Oxşar xəbərlər

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

14:30 25 dekabr 2025
Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb?- Satınalma prosesindəki meyarlar

Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb?- Satınalma prosesindəki meyarlar

12:55 25 dekabr 2025
"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

12:00 24 dekabr 2025
Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

12:00 19 dekabr 2025
Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı  - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

10:00 18 dekabr 2025
"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

12:00 16 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər