Barış Manço: “Gənclərin ayağına dolaşmayaq”

Barış Manço: “Gənclərin ayağına dolaşmayaq”
1 fevral 2014
# 09:00

Bu gün türk musiqiçi, televiziya aparıcısı Barış Mançonun ölüm günüdür.

Kulis.az 15 il öncə dünyasını dəyişən sənətçinin məşhur sitatlarını təqdim edir:

Daş üstünə daş qoya-qoya yaratdığın dünyanın dağıldığını görmək azmış kimi, hələ altında qalmaq da var!

Hər yeni doğulmuş körpə yeni bir dünyadır.

İnsanın adı axırıncı dəfə nə vaxt çəkilsə, o gün ölür. Yəni fiziki olaraq dünyanı tərk etmək çox da vacib deyil. Onsuz da hamımız nə vaxtsa gedəcəyik. Amma adımızın anılmadığı gün həqiqətən bu dünyanı tərk edəcəyik.

Mən hər şeyi sevirəm, kimlərinsə yaşadığı, paylaşdığı hər şeyi sevirəm. Tarixi sevmirəm, ənənəni sevirəm. Tarix ölür, ənənə yaşayır.

Mən müğənni, bəstəkar kimi doğulmamışam. Fikirlərimi bölüşmək üçün gəlmişəm. Bu, mahnı oxumaqla da oldu, televiziya proqramında uşağın saçını oxşamaqla da.

Özümə sənətçi deyə bilmərəm, çox ayıbdır. Ancaq on, iyirmi, qırx il sonra deyə bilərlər.

İnsanın ən birinci öyrənəcəyi dil, şirin dildir.

Keçmişini bilməyən bu gününü anlamaz və sabahını qura bilməz.

Mən nə müasir türk ozanıyam, nə müasir Dədə Qorqud, nə də günümüzün Molla Nəsrəddini. Sadəcə XX əsrdə yaşayan və o əsrə damğasını vurmağa çalışan türkəm. XX əsrin türk musiqisini yaradıram.

İnsan torpaqdan gəlib, torpağa da qayıdacaq. İki tikə çörəkdən ötür ömrü boyu döyüşəcək.

Həmişə sizin mahnınızı oxumuşam.

Gənclərimiz ölkəmizi yaxşı yerlərə gətirəcəklər, əminəm, yetər ki biz ayaqlarına dolaşmayaq.

Rakı da, ayran da birdir – içməyi bilənə, gözəl də, çirkin də birdir – sevdim deyənə.

Oğullarımın adları (Batıxan və Doğuxan – red.) doğulduqları gün ağlıma gəldi. Bəlkə də Şərqin və Qərbin daima sülh içində olmağını istədiyimdən bu adları qoymuşam.

# 10128 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər