Evə girən oğrunun ürəyi niyə partladı?

Evə girən oğrunun ürəyi niyə partladı?
10 sentyabr 2013
# 08:00

Kulis.az “tarixi axmaqlıqları” təqdim edir.

- Fransız ordusu əsgərlərin minalı sahələrdə gəzə bilməsi üçün zərbəyə dayanıqlı əsgər ayaqqabıları icad etdi. Amma ayaqqabılar o qədər ağır və içində yerimək o qədər çətin idi ki, əsgərlər minanın partlayıb onları göyə uçurmağından əvvəl düşmən əsgərləri tərəfindən vurulurdular.

- Ceyk Fen adlı macar həyat yoldaşını qorxutmaq üçün özünü yalandan asır. Evə gələn arvad ərini bu vəziyyətdə görüb özündən gedir. Qapını açıq görən qonşu arvad içəri girib iki “meyit” görür və evi soyur. Oğurladıqları ilə birlikdə evdən çıxarkən Ceyk arvada təpiklə vurur. Oğru arvad elə bilir ki, meyit dirilib və qorxudan ürəyi partlayır. Ceykə bəraət verirlər.

- Floridada bir oğru barmaq izlərindən tutulanda təəccüblənir. Çünki hər dəfə soyğunçuluqla məşğul olanda əlcək geyinirdi. Ancaq yarımbarmaqlı qolf əlcəyi onu ələ veribmiş.

- Kambocada iki əsgər partlamamış mina ilə futbol oynamağa cəhd edərkən həlak olurlar. Hadisənin qəribə tərəfi ondadır ki, onlar Kamboca ordusunun “ən yaxşı mina mütəxəssisləri” olublar.

- Kino ulduzu Bruk Şilds siqaretin zərərləri haqda danışarkən belə deyib: “Siqaret öldürür. Öləndə həyatınızın mühüm bir hissəsindən məhrum olursunuz”.

- “Chevrolet” yeni model avtomobilə “Nova” adını verir. Amma sonra bəlli olur ki, maşını Latın Amerikasında satmaq mümkün olmayacaq. Çünki “Nova” ispanca “getməz” mənasını verirmiş.

- XVII əsrdə Avropada asqırmaq yaxşı ailədən olmağın, yaxşı yetişdirilmiş olmağın əlaməti sayılırmış.

- Nyu-Yorkda 5-ci küçədə bir nəfəri maşın yüngülcə vurur. Kişiyə heç nə olmayıbmış. Sürücü maşından düşüb onun yaxşı olduğunu görür və maşına əyləşir. Düşünür ki, kişi qalxıb gedər. Amma kişi ayağa qalxmağa hazırlaşarkən hadisəni görən bir nəfər tez-bazar gəlib deyir ki, ayağa qalxmasa sığortadan pul ala bilər. Sürücü maşını sürüb gedir və kişi maşının altında qalıb ölür.

- 1983-cü ildə mağazada oğurluq edən san dieqolu bir qadını polislər tutub. Qadın deyir ki, onu buraxmasalar nəfəsini sıxıb ölənə kimi saxlayacaq. Polislər onu buraxmırlar. Qadın isə həqiqətən də nəfəsini saxlayır və ölür.

- 1971-ci ildə torpaq sürüşmələrini araşdıran yapon alimləri leysan effekti yaratmaq üçün bir təpəni yanğın söndürənlər vasitəsilə sulayırlar. O qədər sulayırlar ki, təpə çökür, dörd alim və 11 nəfər seyrçi həlak olur.

- Arizonalı bir kişi, polis qandalı ilə oynayarkən özünü qandallayır və açarları tapa bilmir. Özünü xilas eləmək üçün çilingər çağırmaq əvəzinə polisə zəng edir və başı bəlaya girir. Onu qandaldan qurtaran polislər ödənməmiş kredit borcu olduğunu öyrəndikdən sonra yenidən qandallayırlar.

- Alman bəstəkar Riçard Vaqner Feliks Mendelssonun əsərlərinə dirijorluq edəndə əlcək geyinərdi. Musiqi bitdikdən sonra əlcəkləri tullayardı. Çünki Mendelsson yəhudiydi.

- “Gillette” şirkəti 1902-ci ildə yeni təhlükəsiz üzqırxan satmağa başlayır. Yüzlərlə kişi onlardan alır. Bu üzqırxanları keyfiyyətsiz sayıb zibil qutusuna atırlar. Sonra bəlli olur ki, üzqırxanın üstündəki nazik kağızı çıxartmaq heç kimin ağlına gəlməyib.

- 1975-ci ildə ingilis cütlük televizorda ən sevdikləri proqramı izləyərkən kişi yarım saat dayanmadan gülür. Buna görə infarkt keçirən kişi vəfat edir. Kişini basdırdıqdan sonra qadın verilişin müəlliflərinə məktub yazaraq ərinin həyatının son dəqiqələrini bu qədər xoşbəxt keçirmələrinə səbəbkar olduqlarına görə təşəkkür edir.

# 5829 dəfə oxunub

Oxşar xəbərlər

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər