“Şəhər kaprizli qadın kimidir”

“Şəhər kaprizli qadın kimidir”
30 iyul 2013
# 07:30

“Yaxın vaxtlarda səyahət etməyin ən yaxşı öyrənmə üsulu olduğunu kəşf etdim. Əsl səyyah ruhuna sahibəm, buna görə də bloqum vasitəsilə səyahətlərimdən öyrəndiklərimi başqalarına da ötürə biləcəyimi, digər səyyahlara da faydalı ola biləcəyimi düşündüm”. Bu fikirlər braziliyalı yazıçı Paulo Koelyoya məxsusdur. Yazıçı şəxsi bloqunda səyahət sirlərini oxucuları ilə bölüşüb. Kulis.Az yazıçının bəzi məsləhətlərini səyahət etməyi sevən insanlara təqdim edir.

1. Muzeylərdən qaçın!

Bu məsləhətim sizə absurd gəlsə də, bir az düşünün: Xarici şəhərdəsinizsə, şəhərin indiki vəziyyətini görmək keçmiş vəziyyətini görməkdən daha maraqlı olmazdımı? İnsanlar özlərini muzeylərə getmək məcburiyyətində hiss edirlər. Əlbəttə, muzeylərə getmək vacibdir, amma ora gedəndə nə görmək istədiyinizi bilməyiniz də vacibdir, yoxsa gördüklərinizdən yaddaşınızda çox az şey qalacaq.

2. Həmsöhbət tapın

Ərazini yaxşı tanıyan, şəhəri ilə qürur duyan, orada yaşayan, heç bir tur agentliyinə işləməyən ən yaxşı tur rəhbəridir. Harasa gedəndə yoldan keçənlərə kilsə hardadır, poçt hardadır kimi suallar verin. Günün sonuna qədər bunu bir neçə dəfə təkrarlasanız, özünüzə yaxşı həmsöhbət taparsınız.

3. Müqayisə aparmayın

Qiymətləri, həyat şəraitini, nəqliyyatı, bir sözlə qarşınıza çıxan hər nə olsa müqayisə etməyin. Başqa insanlardan pis və ya yaxşı yaşadığınızın fərqinə varmaq üçün səyahət etmirsiniz ki! Sizin məqsədiniz başqa insanları tanımaq, sizə nə öyrədə biləcəklərini kəşf etməkdir.

4. Qorxmayın, hamı sizi başa düşür

Dil bilməsəniz də, qorxmayın. Qısa cümlələrlə də ünsiyyət qurmaq olar. Bəzi insanlar tək səyahət etsələr, azıb yolun ortasında qalacaqlarını fikirləşirlər. Hər ehtimala qarşı cibinizə qaldığınız otelin vizit kartını qoyun. Ünvanı səhv salan zaman vizit kartla taksi sizi istədiyiniz ünvana çatdıracaq.

5. Çox alış-veriş etməyin

Pulunuzu daha çox teatra, restorana, kiçik gəzintilərə xərcləyin. Qloballaşan dünyada internet sağ olsun. Artıq istədiyiniz yerdən istədiyiniz məhsulu baqaja əlavə pul ödəmədən də əldə edə bilərsiniz.

6. Dünyanı bir ayda gəzməyə çalışmayın

Bir şəhərdə 4-5 gün qalmaq, bir həftə ərzində beş şəhər gəzməkdən yaxşıdır. Şəhər kaprizli qadın kimidir. Onu ovsunlayıb, ürəyini sizə açmasını gözləmək vaxt aparır.

7. Hər səfər bir macəradır

Henri Miller deyib: “Heç kimin bilmədiyi kilsəni kəşf etmək Romaya gedib Sikstin kapellasını iki yüz turistin səs-küyü əhatəsində gəzməkdən yaxşıdır”. Əslində, Henri Miller belə demək istəyir: “Sikstin kapellasına da gedin, amma küçələri, kənar məhəllələri də yaddan çıxartmayın. Əgər nəsə yenilik kəşf etsəniz əmin edirəm ki, həyatınız dəyişəcək”.

# 2930 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər