Seks vaxtı səs-küyün böyük sirri

Seks vaxtı səs-küyün böyük sirri
16 may 2013
# 07:30

Yəqin ki hər birimiz gündə, həftədə, ayda bir dəfə də olsa, ilk cümləsi “son araşdırmalara görə…” başlayan onlarla xəbər, yazı oxuyuruq. Burada qəribə heç nə yoxdur; qəribə olan odur ki, bu məlumatlar bizim illərdir beynimizdə yaratdığımız stereotiplərə, müşahidələrə zidd olur. Məsələn, kişilərin əksəriyyəti qadınların sevişərkən erotik səslər çıxarmasını yaxşı əlamət olaraq qəbul edirlər yəqin. Ancaq son araşdırmalara görə, əksinə, qadınlar darıxdıqlarına görə daha çox səs çıxarırlar, zövq aldıqda isə səssizləşirlər. Bəs orqazm necə?

Kişilər, sizə pis xəbərimiz var!

Məlum olub ki, qadınların 48 faizi orqazm təqlidi edirlər. Fərqli ölkələrdə aparılan sorğularda bu faiz 78-ə qədər yüksəlir. Qadınların 80 faizi seks vaxtı şəhvətli səsləri orqazma çatmaq üçün deyil, sadəcə tez bitsin deyə çıxarırlar. Eyni sorğuda iştirak edən qadınların 95 faizi həyatlarında ən azı bir dəfə, 25 faizi isə hər on sevişmədən doqquzunda orqazm təqlidi etdiklərini söyləyiblər. Buna səbəb isə qadınların sadəcə vajinal seksə məruz qalmalarıdır.

Ən şok edici nəticə budur ki, qadınlar oral seks və seksdən əvvəlki sevişmə kimi ən çox zövq aldıqları vaxt səslərini daha az çıxarırlar. Ən çox “səs-küy” isə təqlid etdikləri vaxt olur.

Kişilərin də 18%-i təqlidçidir!

Orqazm mövzusunda kişilər də “artistlik” edir. Onların 18 faizi rol oynaya bilirlərmiş. Onların orqazm təqlidi etməsi bir az çətin olsa da, prezervativlərdən istifadə etdikdə rahatlıqla “olanları” gizlədirlər.

“20 dəqiqədən sonra darıxıram və qışqırmağa başlayıram"

Qadınlar çox vaxt partnyorlarının xətrinə dəyməmək, yorğun olduqları və ya yatmaq istədikləri üçün özlərini orqazma çatmış kimi göstərirlər. 39 yaşlı T.Z: “20 dəqiqədən sonra darıxıram və qışqırmağa başlayıram. İndiyədək həqiqi orqazmlarımın sayı barmaqla sayılacaq qədərdir”- deyir.

Səbəblərdən biri də qadınların orqazma çox da ehtiyac duymamağıdır. Çünki əksər qadınlar sırf sevilmə, yaxınlaşma ehtiyaclarını ödəmək üçün cinsi əlaqəyə girirlər. Bəzi qadınlarsa orqazma çatmalarının uzun çəkməsi və ya əlavə üsullardan istifadə ilə partnyorunu yoracağını düşündüklərindən asan yola, yəni təqlidə qaçırlar.

“O qədər əziyyəti hədər getməsin”

Kişilərin hədəfi seks vaxtı qadınlara zövq verməkdir. Qadın bəzən nə qədər çalışsa da orqazm ola bilməyəcəyini anlayır və “o qədər əziyyəti hədər getməsin” deyib, bir növ də “mükafatlandırmaq” məqsədi ilə təqlid etməyə məcbur qalır.

Çünki qadının orqazma çatmamağı heç kimin günahı deyil. 33 yaşlı B.H sevgilisinin çox uzun sevişmələrindən bezərək: “1 saata qədər çəkən sevişmələrdə görürdüm ki, orqazm alınmır. Amma sevgilimin məni orqazm etməyənəcən dayanmaq fikri olmur. Məcburən özümü orqazm olmuş kimi göstərirdim”,- deyir.

Bəzən təqlidə səbəb uzun müddətli münasibətləri qoruyub saxlamaq olur, xüsusən də evli cütlüklərdə.

Orqazm zərurət deyil!

Belə nəticəyə gəlmək olar ki, əslində hər iki tərəf bir-birini incitməmək, xətrinə dəyməmək üçün bu təqlidi edir. Ancaq niyyət nə qədər xoş da olsa, aldatmaq yaxşı yol deyil. Sadəcə hər iki tərəf yaxşı olar ki, bu həqiqəti anlasın: hər sevişmədə orqazm zəruri deyil!

Qadınlar niyə orqazm təqlidi edir?

Sevgilisini məmnun etmək üçün - 25.4%

Daha tez bitsin deyə - 22.2%

Sevgilisinin “kişilik qüruru”na dəyməmək üçün - 10%

Yorğun olduqları üçün - 9.1%

Seksə xüsusi ehtiyac duymadıqları üçün - %7.2

Darıxdıqları üçün - %3.7

Əhvalında olmadıqları üçün - %2.4

Həddən artıq gənc-təcrübəsiz olduqlarına görə - %2.4

Digər - 17.6%

# 15219 dəfə oxunub

Oxşar xəbərlər

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

15:00 18 yanvar 2026
Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur  ədəbi cərəyanlar

Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur ədəbi cərəyanlar

12:00 18 yanvar 2026
"Gecə" - Varlam Şalamovun hekayəsi

"Gecə" - Varlam Şalamovun hekayəsi

17:00 17 yanvar 2026
“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

12:00 17 yanvar 2026
İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

17:00 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər