Tabutda sekslə məşğul olmayın!

Tabutda sekslə məşğul olmayın!
4 iyul 2014
# 08:00

Dünya qeyri-adi dizaynı ilə seçilən çoxlu otellər var. Kulis.az-ın təqdim edəcəyi bu otel isə qəribəliyi ilə tükünüzü ürpədəcək. Berlində yerləşən “İsland City Lodge” otelinin 31 otağı və hər otaq dizaynı ilə fərqlənir. Pivə çəlləyindən hazırlanmış hamam... Şkafda gizlədilmiş hamamı tez tapanı təbrik edirlər burda. “Tabutda sekslə məşğul olmayın” qadağasına riayət edənləri də.

Bu oteldə seçdiyiniz otağa görə özünüzü xəstəxanada, yaxud həbsxana hücrəsində hiss edə bilərsiniz. Həbsxana otağının divarında əlavə deşik açıblar ki, qaçmaq istəyəndə ordan istifadə edəsiniz. Qonaqların qalmağa cəsarətləri çatmasa da, mütləq görmək istədikləri otaq isə güzgülü otaqdır. Kubizm üslubunda dizayn edilmiş otaqda hər tərəf güzgüdən ibarətdir. İnsan bu otaqda hara baxsa, özünü görür.

Başqa bir otaq isə başıaşağı formada dizayn edilib. Yataq başınızın üstündədir. Adi otaqdır, amma hər şey tərsinədir. Çarpayının havadan asılı, qəfəsin yaxud tabutun içində olduğu bu qeyri-adi otaqlarda yatmaq üçün sıra gözləyənlər var.

Kulis.az bu oteldən fotoları təqdim edir.

# 3215 dəfə oxunub

Oxşar xəbərlər

Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif

Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif

10:50 29 aprel 2025
Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

09:00 28 aprel 2025
Trampın betonla savaşı, İsanın anası və yəhudilər - Ömər Xəyyam

Trampın betonla savaşı, İsanın anası və yəhudilər - Ömər Xəyyam

12:01 24 aprel 2025
"Himnimizin sözlərini Əhməd Cavad yazmayıb" - 33 ildir haqqı yeyilən əsl müəllif kimdir?

"Himnimizin sözlərini Əhməd Cavad yazmayıb" - 33 ildir haqqı yeyilən əsl müəllif kimdir?

12:00 24 aprel 2025
Çadrasını atan ilk azərbaycanlı qadının qətli – İki əsr yaşı olan bina söküləcəkmi?

Çadrasını atan ilk azərbaycanlı qadının qətli – İki əsr yaşı olan bina söküləcəkmi?

12:20 23 aprel 2025
Mikayıl Müşfiq mühasibdən pulu necə almışdı? - Tarixin kulisi

Mikayıl Müşfiq mühasibdən pulu necə almışdı? - Tarixin kulisi

09:00 23 aprel 2025
# # #