Ölümünə festivallar

Ölümünə festivallar
11 sentyabr 2013
# 07:15

Qarşımızdakı aylar qorxu və əyləncənin birlikdə yaşandığı festivallarla boldur. Fərqli səyahət xatirələri toplamaq istəyənlər üçün bu il düz dörd qəribə, qorxulu, əyləncəli festival var:

- İspaniyanın Las Neves şəhərində keçiriləcək “Ölümlə yanaşı” adlı festival hər ilin 29 iyulunda baş tutur. Festivala əvvəllər ölümə yaxınlaşmış, bəxti gətirib “geri dönmüş” insanlar toplaşır. Onlar yaşadıqlarına şükür etmək üçün tabutun içinə girirlər, festival iştirakçıları da onları tabutda cənazə musiqisi altında Santa Marta de Ribartem kilsəsinə aparırlar.

- Meksikanın paytaxtı Mexikoda hər ilin 1-2 noyabrında “Ölüm günləri” adlı festival keçirilir. Şəhərdə həmin günlərdə tətil elan olunur, hətta banklar da işləmir. Qəbirlərin ziyarəti ilə başlayan festivalda ailə üzvləri yığışaraq həyatdan köçmüş yaxınları üçün dua edirlər. İki gün ərzində evlərdə ancaq desertlər və duzlu yeməklər bişirilir. İllər keçdikcə festival turistlərin də diqqətini çəkməyə başlayıb.

- İngiltərənin Yorkşir bölgəsində qeyd edilən "Whitby Gothic Weekend" isə XII əsrdə klassik latın sənətinə etiraz olaraq yaranan və ədəbiyyat, rəsm, memarlıq, musiqi kimi sənətin hər sahəsini əhatə edən gotik mədəniyyəti sevənləri bir yerə toplayır. 26-30 aprel və 1-5 noyabr tarixlərində keçirilən festivalda minlərlə turist, sənətsevər yazıçı Brem Stokerin “Drakula” əsərini yaratdığı Uitbi bölgəsinə axışır. Qotik geyimlər, vampir kostyumları ilə şəhərdə dolaşan iştirakçılar festivala xüsusi rəng qatır.

- Həyatda olduğun halda ölümü dadmaq istəyənlər üçün daha bir festival! Hər ilin 27-29 yanvar tarixlərində Londonda keçirilən festivala cənazəsini izləmək istəyənlər qatılır. İştirakçılar tabuta girərək cənazə musiqisi altında kilsəyə gətirilir və onu sevənlərin nə qədər kədərlənəcəklərini ölməmişdən əvvəl görürlər.

# 3176 dəfə oxunub

Oxşar xəbərlər

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər