Miskin situasiya, ənənəvi üslub – Hekayə müzakirəsi

Miskin situasiya, ənənəvi üslub – Hekayə müzakirəsi
15 mart 2023
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Nihat Pirin “Ölü nağıl” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Aqşin Yenisey

İllərdir bu suala cavab axtarıram, niyə Azərbaycan hekayəsində hadisələr ancaq kənddə baş verir, həm də kənddə baş verəndə daha estetik bir çəki qazanır. Bu, dillə bağlıdır, yoxsa ədəbi vərdişlə? Nihat Pirin hekayəsi bu suala verilən cavablardan biridir; kənd mövzusu Azərbaycan türkcəsinin artıq vərdiş etdiyi bir mövzudur. Nihatın hekayəsi də bu milli vərdişə uyğun yazılıb. Bu gün artıq Azərbaycan kəndində Azərsell-in, Baksell-in qüllələri qurulub. Amma vərdiş olunmuş təhkiyə dili bu çağdaş elementləri yaxına buraxmır. Kənd mövzusunun dilini yeniləmək yazıçıdan cəsurluq tələb edir. Nihatın qələmi var, qalır bircə ədəbi cəsurluğu.


Orxan Həsəni

Nihat Pirin bu hekaysi mənə Anton Çexovun "Rotşildin skripkası" hekayəsini xatırlatdı. Ölümün və həyatın cazibəsi hər iki hekayənin ürəyini təşkil eləyir. Birinin ölümü başqasının həyatıdır. Bu miskin situasiyanın ədəbiyyatın əsas mövzularından biri olduğunu düşünürəm. Nihat çətin mövzunun öhdəsindən yaxşı gəlib. Hekayəni bəyəndim.


İlham Əziz

Belə hekayə yazmaq üçün uzun zaman nəyinsə dərdini çəkməlisən. Məsələn, kimisə gözləməlisən, bilirsən gəlməyəcək, yenə gözləməlisən. Elə bir adamla üz-göz olmalısan ki, özün-özündən utanmalısan. Ancaq belə qeyri-adekvat dərd-sər səni bu texnoloji terrordan ayırıb, işdən toz-torpaq içində qayıdıb balaca qardaşına yüngülvari təpik vuran adamın obrazını yaratmaq ehtiyacı doğura bilər. Nihat hekayəni hiss eləyib, bilib ki, məsələ var, öz də elə məsələ ki onu bəladan xilas edə bilər. Nihatın əvvəlki hekayələrindən fərqli təhkiyəsi məni sevindirdi. Təbrik edirəm!


Ömər Xəyyam

Nihatın hekayəsini oxudum, zövq aldım. Belə deyək, məzmunu xoşuma gəldi, fəqət üslubu bəyənmədim. Çünki mən Nihatın potensialını bilirəm. Qələminə güvəndiyim, qələminin gücünü bildiyim müəllifdir. Sadəcə olaraq üslubunu heç cür bəyənmədim, ənanəvi üslubdur. Klasdikdir. İstəyərdim ki, öz timsalımda bütün gənclər bu üslubdan çıxsınlar və yeni dövrün, zamanın tələbinə uyğun üslubda yazsınlar. Məzmun eyni olsa da, üslub fərqli olsun. Nihat əminəm ki, növbəti mətnlərdə bu faktı nəzərə alacaq və həmin hekayələr haqda mən ürəklə fikir bildirəcəyəm. Uğurlar.


# 4124 dəfə oxunub

Oxşar xəbərlər

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər