"Kar katibəni dümsükləyən" müdirin nağılı

"Kar katibəni dümsükləyən" müdirin nağılı
26 aprel 2021
# 11:42

Hüseynbala Mirələmovun məlum qalmaqalında ən gülməli vəziyyət bilirsiniz hansı idi? Gəlin, hər şeyi başdan başlayaq. Videonu nəzərdə tuturam... Daha doğrusu, videoda gözümüzdən yayınan məqamları seyr edək...

Qocaman yazıçı katibənin gəlişindən sonra daha da gümrahlaşır, özünü 20 yaşlarında hiss edir, üzündə nadinc bir ifadə peyda olur. Qızın sənədlərlə əlləşdiyi bir məqamda ən uyğun anı seçir və qocalığına yaraşmayan bir hərəkətlə katibəni də, özünü də pis vəziyyətdə qoyur. Katibə gülümsünür və üzündə “bu kişi dinc durmur da” kimi bir ifadə yanıb-sönür. Və o an kamerayla rastlaşır: “Bıy, biabır olduq ki...”

İstəyirsən, iki saniyəlik o anı geri qaytarasan və hər şeyi təzədən düzəldəsən. Hüseynbala müəllimə izah edəsən ki, bəs dayday, o kameranı bağlamaq funksiyası var, o da sevincək səni qucaqlamaq istəyə. Sizi bilmirəm, mən Hüseynbalanın yox, məhz katibənin o vəziyyətə düşməsini qəti istəməzdim.

Hər nə isə.... Gələk ən gülməli vəziyyətə... Hər şey videodan aydındır və əlavə şərhə ehtiyac yoxdur. Müdafiə edənlərin birinin arqumentinə görə, qızın, yəni katibənin qulaqları yaxşı eşitmirmiş və Hüseynbala müəllim də hər dəfə katibənin ora-burasını dümsükəyirmiş ki, yəni eşit də, bala, eşit, bayaqdan söz deyirəm axı. Özü də Hüseynbala müəllimə heç cür çatmırmış ki, cavanca bir qız niyə indidən eşitməsin, axı onun indi eşidən vaxtıdır. O özü qoca ola-ola cavanlığındakı eşitmə qabiliyyətini bərk-bərk qoruyub saxlayır və gələcək nəslə ötürməyə hazırdır.

Deyilənə görə, katibənin qulaqlarına baxdırmaq üçün Türkiyəyə, İrana da göndərmək istəyiblər. Hər dəfə bu mövzuya görə katibə qapını döyüb Hüseynbala müəllimi narahat etsə də, alınmayıb, Mirələmov deyib ki, hələ tezdir, baxarıq. Katibə birtəhər dözmək qərarına gəlib, ən çox da ona sevinirmiş ki, Hüseynbalanın səsini eşitmir. Hərdən Hüseynbala müəllimin uzaqdan, qədimdən gələn səsi yavaş-yavaş katibənin qulaqlarını döyürmüş. Katibə o sözlərin nəsə yaxşı söz olmadığını hiss edir, qaşları düyünlənir, yadına müalicə pulu düşür və “lənət sənə kor şeytan” deyib ağsaqqalı yola verirmiş. Günlərin bir günü isə... Bu hekayəni siz bilirsiniz artıq...

Hər şeyin açıq-aydın olduğu bir videoda o gülünc açıqlama məni yaman əyləndirdi. Qulağı eşitmir... Vəssalam. Məsələni niyə bu qədər faciələşdirirsiniz? Qızın qulaqları eşitmir və Hüseynbala müəllim də çarəsiz qalıb... Qulaq demişkən, o günü bir qazi, ya da vətəndaş (dəqiq bilmədim bunu) video açıb həkimlə bağlı şikayətini edir və şikayəti yarımçıq kəsilir. Səbəb? Həkim gəlib qulağından bir şapalaq ilişdirir və telefon yerə düşür, təbii ki, biz də bu anları görmürük. İstər-istəməz gözüm qulaq söhbətinə sataşdı – qulaq bizim ən həssas əzamızdı axı. Qazinin, yaxud vətəndaşın başına gələn bu hadisənin arxasında nə dayanır, kim haqlıdır, kim haqsızdır, doğrusu bilmirəm. Düzü, həkim xanımın yaxın döyüşdə bu cür usta olduğunu ilk dəfə görürdüm. Şiddəti edən tərəf haqsızdı, məncə. Elə deyilmi, əziz feministlər? Kim şiddət edirsə, günah ondadır. Başqa açıqlaması yoxdur bunun. Ancaq biz elə maraqlı bir yerdə yaşayırıq ki, hər şey ola bilər. Şiddət eləyən tərəf haqlı çıxa bilər. O videonun altından elə söhbətlər çıxar ki, ağzımız açıq qalar. Fantaziya qurmağa və Hüseynbala müəllimdəki kimi “gülünc arqument” səsləndirməyə gərək qalmaz heç.

Artıq video çəkmək və onu yaymaq da yeni növ çıxış yoludur. Başqa yolu qalmayan adam yəqin ki, ən son video çəkib həmin şəxsi biabır etməklə düşdüyü ağır situasiyadan qurtulmaq istəyir.

Texnologiyanın inkişafı həm bizim dərdimizə çarə qılmaq üçün vasitəyə çevrilir, həm də bizi el-aləmə göstərib biabır edir. Bir tərəf sevinir, o, haqsızlığa qarşı bu cür etiraz edir və yuxarı dairələrə səsini bu cür çatdırır. Və bəzən bu yaxşı nəticələr verir. Həmin adamın işi həll olunur. Yaxud da gündəmə çevrilir və o da dərdinə ortaq adamlar tapıb bir hovur sakitlik tapır.

O biri yandan isə texnologiya bizim pis vəziyyətə düşməyimizə səbəb olur. İllərdir sən özünü cəmiyyətə ciddi, ağsaqqal və mühüm bir şəxsiyyət kimi tanıt, 15 saniyəlik bir video sənin bütün ciddiyyətini məhv eləsin.

# 3299 dəfə oxunub

Oxşar xəbərlər

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
# # #