Saçım sığalının dadını bilməz...

Saçım sığalının dadını bilməz...
15 iyun 2021
# 11:46

Kulis.az Aypara Ayxanın yeni şeirini təqdim edir.

Gah bir nəfəs qədər yaxın olursan,
Gah da aramıza hörürsən divar.
Gündə neçə dəfə dəyişir havan
Gah xəzri kimisən, gah da gilavar.

Saçım sığalının dadını bilməz
Nədir hislərinə kəsilən qənim?
Getsəm, daş ürəyin insafa gəlməz
Qalsam, de, nə qədər sevgi dilənim?

Bəlkə də, bağrına daş bağlamısan,
Bəlkə də, bu üzdən duymursan məni.
Saxlayıb qəlbinin astanasında,
Qapıdan içəri qoymursan məni.

Gör neçə müddətdir yola çıxmışam
Gəlib ürəyinə çata bilmirəm.
Xəyalın fikrimə elə sarmaşıb
Heç cürə qoparıb ata bilmirəm.

Qədərdə bir eşqə qul olmaq varsa
Qoy olum hər dəfə ram ürəyimə.
Məncə bu gedişlə öyrədəcəksən
Yanmağı, bişməyi xam ürəyimə.

# 2244 dəfə oxunub

Oxşar xəbərlər

Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif

Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif

10:50 29 aprel 2025
Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

09:00 28 aprel 2025
Trampın betonla savaşı, İsanın anası və yəhudilər - Ömər Xəyyam

Trampın betonla savaşı, İsanın anası və yəhudilər - Ömər Xəyyam

12:01 24 aprel 2025
"Himnimizin sözlərini Əhməd Cavad yazmayıb" - 33 ildir haqqı yeyilən əsl müəllif kimdir?

"Himnimizin sözlərini Əhməd Cavad yazmayıb" - 33 ildir haqqı yeyilən əsl müəllif kimdir?

12:00 24 aprel 2025
Çadrasını atan ilk azərbaycanlı qadının qətli – İki əsr yaşı olan bina söküləcəkmi?

Çadrasını atan ilk azərbaycanlı qadının qətli – İki əsr yaşı olan bina söküləcəkmi?

12:20 23 aprel 2025
Mikayıl Müşfiq mühasibdən pulu necə almışdı? - Tarixin kulisi

Mikayıl Müşfiq mühasibdən pulu necə almışdı? - Tarixin kulisi

09:00 23 aprel 2025
#
#
# # #