Qadın Qogenin çılpaq rəsminə hücum etdi

Qadın Qogenin çılpaq rəsminə hücum etdi
6 aprel 2011
# 13:15
Məşhur fransız rəssam Pol Qoqenin “Iki qız” əsərinə hücum edən qadın ikinci dərəcəli oğurluq və sərgidəki əşyalara zərər vurmağa cəhddən məhkəməyə cəlb edilib.

Hadisə aprelin 1-də Vaşinqtonda keçirilən Beynəlxalq Sənət Sərgisində baş verib. 53 yaşlı Suzan Börns adlı qadın dəyəri 80 milyon dollar olan tabloya dəfələrlə yumruq vurub və onu divardan qoparmağa çalışıb.

Beynəlxalq Sənət Sərgisin nümayəndələrinin yaydığı yazılı açıqlamada əsərin zərər görmədiyi bildirilib. Həmçinin, açıqlamada o da qeyd olunub ki, Qoqenin bu əsəri Nyu-Yorkdakı Metropoliten Sənət Muzeyində keçirilən “Qoqen: Əfsanə yaradıcısı” sərgisi silsiləsindən olub. Tablonun üzərində olan şəffaf plastik qoruyucu əsərin zərər görməsinin qarşısını alıb.

Börns ifadəsində Qoqenin günahkar olduğunu, onun əsərlərində təsvir olunmuş çılpaqlıqların uşaqlar üçün zərərli ola biləcəyini deyib. O, sırf bu səbəbdən də bu əsəri məhv etməyi qərara alıb.

Daha sonra “Bu əsərlər məhv olmalıdır. Hamınızı öldürəcəyəm” şəklində bəyanat verən qadının psixi vəziyyəti məhkəmə tərəfindən araşdırılacaq.

Suzan Börnsin əvvəllər də həbsdə yatdığı məlum olub. Belə ki, o, 2006-cı ildə polisə təcavüz və döymək cinayəti ilə 6 ay həbs cəzası alıb. 2002-ci ildə də başqasının ərazisinə icazəsiz girdiyinə görə məsuliyyətə cəlb olunub.

1848-1903-cü illərdə yaşamış fransız rəssam Pol Qoqen adı çəkilən əsəri 1891-ci ildə Taitiyə səyahəti vaxtı çəkib. Tabloda yerli qadınların portretləri əks olunub.

Günel Əsgərzadə
# 3286 dəfə oxunub

Oxşar xəbərlər

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

13:00 16 iyun 2026
Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

14:00 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

10:00 14 iyun 2026
"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?"  -  "Anna Karenina" tamaşasından qeydlər

"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?" - "Anna Karenina" tamaşasından qeydlər

10:00 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər