Sonunda bu da oldu….

Sonunda bu da oldu….
4 aprel 2011
# 11:24
Bütün dinlərdə qadağandır xəyanət. Bəzilərində isə ölümlə cəzalandırır. Xəyanəti boşanma üçün yetərli səbəb görür hüquq.

İnternetin inkişafı xəyanət üçün münbit şərait yaratdığını sosioloqlar həmişə qeyd edir. Lakin internet ünsiyyəti yalnızca vasitədir. O xəyanəti doğurmur, sadəcə onun gerçəkləşməsi üçün imkan yaradır.

İnternetdə tanışlıq saytları onlarla, yüzlərlədir. Burda tanış olub ailə quranlar olduğu kimi onlar ucbatından boşananlar da az deyil.

Mərkəzi Kanadanın Toronto şəhərində yerləşən Aşli Medison Agentliyi isə çılğın bir qərar alaraq xəyanət etmək istəyənlər üçün bir sayt açdı. Saytın devizi belədir: “Həyat çox qısadır. Bekar qalma”. Bu da saytın adresi: www.ashleymadison.com

Saytın ortaya çıxması böyük müzakirələri də bərabərində gətirib. Belə ki, sayt fəaliyyətinin əxlaqa uyğun olması barədə müxtəlif sosial şəbəkələrdə müzakirələr gedir. Mühafizəkarlar gərgin və əsəbidirlər.

Sayt rəhbərliyi isə təmkinlə “xəyanəti biz kəşf etmədik” deyirlər.

Sayta üzv olmaq pulsuzdur. Dostlar qəbul etmək, müəyyən saya qədər foto yükləmək də pulsuzdur. Şəxsi mesaj servisini almaq, eləcə də saytın daha çox imkanından yararlanmaq isə pulludur. Hər 20 saniyədə sayta bir üzv gəlir.
# 2881 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər