Telefon və internet sevgini necə öldürür?

Telefon və internet sevgini necə öldürür?
7 noyabr 2012
# 08:15
Hər şey Qraham Bellin telefonu kəşf etməyi ilə başladı. Bell sevgisinin evinə telefon xətti çəkəndən sonra sevgilisini necə bezdirdisə, qadın ondan ayrıldı. Sonra vəziyyət getdikcə ağırlaşdı-əl telefonları çıxdı, sevgilimizin harda olduğunu bir zənglə öyrənə bilirik. Darıxanda durub evinə getmək əvəzinə zəng vurub bir “alo” deməyimiz bəs etdi. “50 pulsuz sms qazanın” kampaniyaları sayəsində də barmaqlarımız sms yazmaqdan uçuqladı.

Münasibətlər “Telefonun niyə bağlı idi?”, “Zəng vurdum, məşğul idi, kimlə danışırdın?” dövrünə təzəcə başlamışdı ki, internet çıxdı. Mavi, balaca qutu milyonlarla insanı öz ətrafına yığdı. Səhərdən axşama qədər üzünü görmədiyimiz adamlarla danışmağa başladıq, görüşmək əvəzinə kameradan istifadə etdik.

Başladıq uşaqlıq dostlarımızı, sinif yoldaşlarımızı axtarmağa, guya çox lazımımız imiş. Yeni münasibətlər qurduq, ayrıldıq, barışdıq, şəkillərimizi qoyduq, köhnə sevgililərimizin toy şəkillərini görüb əhvalımız pozuldu, ilk sevgilimizin necə axmaq statuslar yazdığını oxuyub özümüzdən utandıq. “Facebookda təzə dost olduğun kimdir?”, “O axmaq niyə hələ də dostluğundadır?”, “Bu kimdir sənin şəkillərini bəyənir bütün günü?” davaları əksik olmadı.

Şübhə, inamsızlıq və ayrılıq dövrü…

Şübhələrimiz artdıqca artdı. Bu şübhə neçə-neçə ailələri dağıtdı, hətta cinayətlər baş verdi. Kimləsə görüşmək üçün artıq bəzənib-düzənməyimizə ehtiyac qalmadı. Gecə paltarlarımızla da ilk görüşə “getdik”, kameralardan qüsurlarımızı gizlətdik.

Qarşımızdakını cəlb etmək üçün “Google”u yaxşı öyrəndik. Yaşadığımız həyat həqiqi və virtual olaraq iki yerə bölündü. Virtual aləmdə necə aktiv, pozitiviksə, məcburən real həyatda da elə olmağa çalışdıq. İnsanlardan uzaqlaşdıq, eyni zamanda da bir o qədər çox insanla danışmağa başladıq. Münasibətlər lap “yolunu azdı”. Sevgilimizin necə insan olduğunu ayırd edə bilmədik-virtualda olduğu kimi şən, hazırcavab, aktivdirsə, adi həyat niyə belə qaraqabaqdır?

Sevgi əzabı çəkmək müşkül oldu, indi “sevgi əzabı” zarafat mövzusundan başqa bir şey deyil.

Şübhə, inamsızlıq və rahat ayrılıqlar...Mənim üçün problem yoxdur. Əksinə, mənə sərf edir, amma yenə də məktəbdən qaçıb gizli-gizli dostlarımızla, sevgilimizlə görüşdüyümüz günlər üçün də darıxıram.

Mənbə: “Hürriyet” qəzeti

Müəllif: Pucca Günlük

Çevirdi: Rəna Nevzat
# 3090 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
#
#
# # #