İlqar Rəsulla Mehriban Ələkbərzadənin söhbəti

İlqar Rəsulla Mehriban Ələkbərzadənin söhbəti
31 oktyabr 2012
# 16:09
- Kimdir Mehriban Ələkbərzadə?

- Çox istəkləri ilə reallığı tutuşmayan bir insan. Daim istəklərini ifadə etmək israrında olan Mən. İçindəki Məni ilə dışındakı Mənini bir balansda saxlamağa cəhd edən insan. Hərdən sakit...hərdən vulkan xislətli. Hərdən amansız...hərdən humanist.

- Nə axtarır bu dünyada?

- Nə ədalət...nə mərhəmət...nə ruhi bağlılıq...görmədim. Vallah...qənaətim bu ki,...mən axtardığımı kimsə itirməyib.

- İndiyədək nə qazanmısınız?

- Yəqin ki...bir az sevgi. Göstərilən və nümayiş etdirilən qədər saxta deyil. Gizlədilən və az hallarda təzahür edən təmiz sevgi və sayğılar!!!

- Siz Azərbaycanda olmayanda nə olur?

- J. P. Sartre-ın mənə bənzər qəhrəmanı…Anri deyir ki: «Mən dünyadan ayrıldım. Dünya heç nə itirmədi. Dolu qaldı…yumurta kimi». Mən isə…kimin üçünsə…əvəzolunmaz olmaq istərdim. Amma kənardan məmləkətimə baxanda…eynən özümə bənzədirəm. Kimsəsiz və qürurlu. Kibirli, amma hələ ki, məğlub qəhrəman kimi…

- Sizi nə valeh edir?

- Yağış səsi…Yuxulu-yuxulu pərdələrini açıb, birbaşa dənizin içində olduğunu görmək. Tərk etdiyim şəhərlərin səsi. Sevmədiyim səssizlik. Sübh qoxusu… Və… Yağışdan islanan torpaq qoxusu!!!

- Nə küsdürür həyatdan?

- Haqsızlıq və yalan… və mutsuzluq.

- Axşamlar daha çox nədir? Yorucu, düşündürücü, ya öldürücü və niyə?

- ... Həqiqətiylə əzən reallıq….yaxud həqiqəti gizlədən yuxu. Ancaq axşamlar…sənin bu dünyada kim və necə olmağından asılı olmayaraq… bu həyatda saf və səmimi tələblə…kimə gərək olduğunu anladır.

Bu şəhərdə hər axşam…
Yuvasından aralanmış…
Qanadından yaralanmış
Talesiz bir quş olur.
Qanadlarının qanadığından çox…
Qanadlarını əzənlərin daha onun üçün yox olmasından
Qəhr olacaq…məhv olacaq çocuk kimi
Ağrıdan sərxoş olur.
Çırpır özünü sizin pəncərənizə…
Həyat nəğməsini oxuyur sizə…
Bağlamayın!

Açın pəncərəni…açın qardaşlar!

Baxın…pəncərənizdə QAN izi var….

- Sizi kimlər itirir?

- ...Mənə dəyər verə bilməyənlər...və yalan deyə bilənlər. Onlar düşünürlər ki,…mən fərqinə varmadım…Amma mən onların mahiyyətindən sonra, onları salıb, itirirəm.

- Siz kimi axtarırsınız?

-…Yox…o deyilməz…

- Bəs nə deyilər?

- Nəhayət... Ruhumun iblis-də ...(mələk olsa da) qalmasının fərqindəyəm. Ruhum iblis ilə birlikdədir ... onu axtarımmı...bilmirəm! Məncə Onu axtarmağa dəyməz…

Azadlıq.org
# 3470 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal isyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal isyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

15:06 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər