“Şofer, xodda avtobusu, Qarabağa sür...”

“Şofer, xodda avtobusu, Qarabağa sür...”
11 oktyabr 2012
# 07:30
Kulis.az yeni-“Kulis zarafatı” layihəsinə başlayır. Layihə çərçivəsində ironik yazılarla tanış olacaqsınız. Bu yazılarda cəmiyyətdəki problemlərə toxunulacaq, ancaq siz bu məqalələrin ironik olduğunu unutmayın. Yazılara bu nöqteyi-nəzərdən yanaşın.

Riyaziyyat kitablarında A məntəqəsindən B məntəqəsinə gedən avtobuslar vardı, noldu onların axırı?

***

- ərim səni çırpar.

- sənin ərin mənə heç nə eləyə bilməz.

- mənim ərim iki sənin boydadı.

- inək də yekə olur, amma onun da konservasını hazırlayırlar...

Mən bu dialoqu avtobusda eşitmişəm. Yer üstündə dalaşan bir qadın və kişi arasında olub. Yanımdakı “yekə başını o tərəfə çək” deməsəydi, indi yuxarıdakı dialoq dörd hissədən ibarət olmazdı, daha uzun yazardım.

Yanımdakının da dodağı qanamazdı.

(yekə başımı o tərəfə çəkəndə başım o biri yanımdakına dəydi.)

***

Avtobusa minəndə gördüm ki, insanlar bir-birinin üstünə çıxıb. Uzaqdan baxsan, elə bilərsən, bu, bir mərtəbəli yox, iki mərtəbəli avtobusdur. Deməli, “başım üstündə yerin var” sözünü ciddiyə alan adamlarla yol gedirəm. Yer üstündə dalaşanları görüb “torpaqlarımızın 20 faizi işğal altındadır, yer üstündə dalaşmağa sərf etdiyimiz gücü torpaq üstündə dalaşmağa xərcləsəydik, indi çoxdan o torpaqları azad etmişdik” dedim. Bir qoca kişi məni qucaqladı, hönkür-hönkür ağlamağa başladı. Arxadan üç oğlanın bir ağızdan qışqırdığını eşitdik; “şofer, xodda avtobusu, Qarabağa sür...”

***

Artıq bir neçə gündü ki, avtobusa minəndə eyni qızla rastlaşıram. Eşq, təsadüf, sevmək sözlərindən bir cümlə qurmuşam və neçə gündü dilimin ucunda fırladıram. Deyəsən, o da mənim düşündüklərimi düşünür. Cəsarətimi toplayıb basabasda ona yaxınlaşmaq istəyirəm. Bir keçəl dayı, iki gonbul xala, uzaqlıqda dayanan bu qıza deyiləsi ən azı bir salam sözüm var. Yanına gedib danışmaq istəyirəm. Elə ki, yerimdən tərpənirəm, sürücünün səsi eşidilir:

- Mehribanlıq səadətdir, camaat, səadəti yaşadalım... Sıxlaşın... Ə, yekəbaş, sən də bir az arxaya get...

Davamı var...

twitter.com/Yekebash
# 3029 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər