Gəncədə N. Gəncəvi adına kitabxana tikiləcək

Gəncədə N. Gəncəvi adına kitabxana tikiləcək
14 sentyabr 2012
# 13:37
Gəncədə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi adına kitabxana tikiləcək.

Mədəniyyət və Turizm Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirilən müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, sentyabrın 29-dan Nizami Gəncəvinin ana yurdu Gəncədə yubiley tədbirlərinin keçirilməsinə başlanacaq. Yubiley tədbirlərində iştirak üçün nazirlik tərəfindən dünyanın 20 ölkəsindən 50-yə yaxın nümayəndə dəvət edilib.
Yubiley tədbirlərinin proqramından bəhs edən nazir bildirib ki, Gəncədə dahi şairin məqbərəsi önündə geniş yubiley şənliyi təşkil olunacaq.

Bundan əlavə, "Beynəlxalq Nizami elmi konfransı" keçiriləcək. Nizami Gəncəvinin adını daşıyacaq kitabxananın təməli qoyulacaq, əsərlərindən ibarət sərgi açılacaq, rəssamlarımızın ədibin əsərlərinin motivləri əsasında çəkdikləri rəsm əsərləri nümayiş olunacaq və şəhərin mərkəzində "Xəmsə"yə daxil olan əsərlər əsasında hazırlanmış ədəbi-bədi kompozisiya göstəriləcək.

Həmçinin, bu tədbirlər çərçivəsində Gəncə Şəhər Mərkəzi Kitabxanası ilə dünya şöhrətli İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Böyük ədibə həsr edilmiş tədbirlər oktyabr ayının 1-də Bakıda davam etdiriləcək. Yekun tədbirin Heydər Əliyev Sarayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Sarayın foyesində Nizami Gəncəvi ilə bağlı kitablardan və rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq.
# 2692 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər