IV Qəbələ Beynəlxalq Musiqi Festivalı başladı

IV Qəbələ Beynəlxalq Musiqi Festivalı başladı
26 iyul 2012
# 12:12
IV Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi keçirilib.

APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimi “Qafqaz Resorte” otelinin qarşısındakı parkda açıq səma altında baş tutub. Mərasimdə Milli Məclisin deputatı Fəttah Heydərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli çıxış ediblər. Natiqlər bu festivalda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından salamlayıblar.

Fəttah Heydərov qeyd edib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrini dünyada tanıtmaq üçün bir vasitədir. Millət vəkili Qəbələdə keçirilən beynəlxalq musiqi festivalının artıq gözəl bir ənənəyə çevrildiyini deyib: “Bu festival günləri səhnədə Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Bu səhnəyə gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir və Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir”.

Fərhad Bədəlbəyli isə qeyd edib ki, bu festival bütün iştirakçılar, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmlidir.

Çıxışlardan sonra Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının çıxışları olub. Konsertin birinci hissəsində Ü. Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru, Hendelin “Alliluya”, Bethovenin piano, xor və simfonik orkestr üçün fantaziya, ikinci hissədə isə Rossininin “Sevilya bərbəri” operasından uvertüra, Verdinin “Siciliya axşamı” operasından Yelenanın bolerosu, “Nabukko” operasından xor və “Traviata” operasından Violettanın ariyası və “Riqoletto” operasından Riqolettonun ariyası, Motsartın “Don Juan” operasından Tserlina və Don Juanın dueti, Leonkovallonun “Payatsı” operasından Kanionun ariyası, Ü. Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, Q. Qarayevin “Vətənimizdir” və F. Bədəlbəylinin “Azərbaycan” əsərləri səsləndirilib.

Xalq artisti Rauf Abdullayevin, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, xalq artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Gülbacı İmanovanın və Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə baş tutan konsertlərdə məşhur vokalçılar - Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Əvəz Abdullayev (bariton), Opera və Balet Teatrının və Ş. Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova (messo-soprano), Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılova (soprano), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədova (soprano), İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə (tenor) çıxış ediblər.
# 1551 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
#
#
# # #