“Reket”lərin nömrəsi
Mətbuat Şurası “reket” qəzetlərin növbəti siyahısını açıqlayıb. Budəfəki siyahıda 71 qəzetin adı yer alıb. Çoxdandı ürəkdən gülməyi yadırğamış oxucularımıza həmin siyahını tapıb oxumağı tövsiyə edərdik. Peşman olmazsınız! Daha çox gülmək istəyənlərə isə bir məsləhətimiz də var: “Azərbaycan” Nəşriyyatının yuxarı mərtəbələrinə qalxın və dəhliz boyu qapıların üzərindəki qəzet adlarını oxuyun!
Nəşriyyat demişkən, sovet dövrünün ruhunu hələ də qoruyub saxlayan bu “mətbuat ocağı” ilə bağlı özəl xatirələrim var. Artıq 11 ildi mətbuatda olsam da, nəşriyyatda cəmi iki ay - “GÜNSəhər” qəzetində çalışan vaxtlarda işləmişəm. O zamana qədər “reket” jurnalistikasının iş prinsiplərinə bələd deyildim. Azacıq müşahidə aparmaqla bu haqda xeyli məlumatlı oldum.
Adətən, informasiya agentliklərində və gündəlik qəzetlərdə çalışan peşəkar jurnalistlər bir-biri ilə rastlaşanda salamdan sonra bu sualı səsləndirirlər: “Təzə nə xəbər?” Bu sual sözün birbaşa mənasında xəbəri, məlumatı ehtiva edir və azərbaycanlıların gündəlik jarqonundakı “Sağlığın” cavabını tələb etmir. “Reket” qəzetlərdə işləyənlər isə nəşriyyatın dəhlizlərində rastlaşarkən bir-birinə bilirsizmi hansı sualı ünvanlayırlar? - “Təzə nömrə var?”
Bilirəm, bu sualın mənasını ilk baxışdan anlamayacaqsınız. Elə mən də ilk dəfə eşidəndə gözlərimi döymüşdüm. Bunun mənasını vaxtilə “Hürriyyət” qəzetində birgə işlədiyim, qeyri-təvazökarlıq kimi çıxmasın, qələm tutmağı və yazı yazmağı öyrətdiyim xanımdan öyrəndim. O xanım peşəkar jurnalistikada pul, dolanışıq olmamasından bezib “reket”lərə qoşulanlardan idi.
Demək, “Təzə nömrə var?”ın sirri belədi – nəinki ayda, heç üç ayda bir dəfə nəşr olunmayan “reket” qəzetlərin əsas dolanışıq mənbəyi məktəb direktorları, MİS rəisləri, kiçik idarə və müəssisələrin rəhbərləridi. Nömrə deyərkən yenicə hədəfə gələn subyektlərin telefon nömrələri nəzərdə tutulur. Əgər yeni hədəf ona zəng edib “Sizin haqqınızda redaksiyamıza tənqidi material daxil olub” deyən şəxslə yumşaq danışdısa və həmin “material”ın çap olunmaması müqabilində müəyyən məbləğ ödəməyə razılaşdısa, el dilində desək, qanı getdi. Çünki nömrəsi bir “reket”in əlindən o birinin əlinə keçəcək. Üstəlik, nömrənin üstündə haqqında bir kompliment də işlədəcəklər: “Sağ olsun, pul verəndi…”
Bir dəfə Mətbuat Şurasının Əflatun Amaşov bununla bağlı maraqlı bir fakt açıqlamışdı: bir ailənin üç üzvünün - ərin, arvadın və oğulun Ədliyyə Nazirliyində rəsmən dövlət qeydiyyatından keçmiş qəzeti var. Bu ailə məktəb direktorlarını, MİS rəislərini və təpədən-dırnağa çirkab içində olan aşağı ranqlı məmurları növbə ilə şantaj edib pul alırmış…
Keçmiş iş yoldaşım mənə «reket»lərlə bağlı bir maraqlı fakt da açıqlamışdı. Dediyinə görə, nəşriyyatda yeni işləməyə başlayan jurnalistlər də «reketlər»in əsas gəlir mənbəyidi: “Kimsə bura yeni gəlibsə, “reket” qəzetlərin rəhbərlərinin əlinin altında olan qızlar fəaliyyətə keçirlər. Bir-iki dəfə qaş-göz eləməklə yeni tanışlıqlar başlayır, iş kulminasiya nöqtəsinə çatdıqdan sonra isə qızlar səhnədən çəkilir, səhnəyə oğlanlar daxil olur. Onlar xam, təcrübəsiz hədəfə qızın… ondan hamilə qaldığını bildirirlər. Əgər qarşı tərəf evlidisə, lap pis – “qızla birgə şəkillərin var, arvadına göndərəcəyik” təhdidi lap işə yarayır. Subaydısa, “abort pulu”nu almaqla kifayətlənirlər”.
Mətbuat Şurasının açıqladığı son siyahıda dörd qəzetin adında “Naxçıvan”, bir qəzetin adında isə “Qərbi Azərbaycan” sözü var. Bunlar “Böyük Naxçıvan”, “Naxçıvan Press”, “Müasir Naxçıvan”, “Naxçıvanın səsi” və “Qərbi Azərbaycan” naminə qəzetləridi. Demək olmaz ki, bunların hamısı Rizvan Cəbiyev məktəbinin yetirməsidi və ya rəhbərləri əslən böyük (kiçik) torpaqdandı. Əminəm ki, onların əksəriyyətinin, bəlkə də çoxunun regional mənsubiyyət baxımından nə Naxçıvana, nə də Qərbi Azərbaycana aidiyyəti yoxdu. Sadəcə, bir qrup insan dövrlə ayaqlaşmağı Naxçıvan ləhcəsiylə danışmağı öyrənməkdə, digərləri də bu adla qəzet çıxarmaqda görürlər. Təbii ki, qədim tarixə malik iki bölgənin adının bu səviyyəyə endirilməsi təəssüf doğurur. Amma neyləməli? “Uşaqdakı fərasətə bax!”
Fərasətli uşaqlardan biri də mənim qonşumdu. Bizim blokun lifti tez-tez xarab olur. Hər dəfə də utana-utana gedib MİS rəisindən xahiş edirəm ki, liftimizi düzəltdirsin. Çox vaxt da xahişlərim elə havada qalır. Bu yaxınlarda bilmişəm ki, mənim - gündəlik qəzetin redaktorunun xahişlərini qulaqardına vuran MİS rəisi üç ayda bir dəfə çıxan “reket” qəzetlərdən birinin müxbir vəsiqəsini gəzdirən həmin qonşuma aylıq haqq verir. Bundan yazmasın deyə…
“Bizim Yol” qəzeti, 26.04.2009

Oxşar xəbərlər
"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..." - Endi Vorhol kim idi?
16:30
6 avqust 2026
Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri
15:45
6 avqust 2026
Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri
17:10
5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər
15:20
5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri
14:40
5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası
17:38
3 avqust 2026