Qəbələ III Beynəlxalq Musiqi Festivalının son günü

Qəbələ III Beynəlxalq Musiqi Festivalının son günü
5 avqust 2011
# 11:06
Qəbələ III Beynəlxalq Musiqi Festivalı bugün sona çatır,

Kulis.az “Azərtac”a istinadən xəbər verir ki, avqustun 5-də Qəbələ III Beynəlxalq Musiqi Festivalının yekun konserti olacaq. Konsertdə məşhur musiqiçilər Boris Berezovski (piano) və Dmitri Yablonski (violonçel) Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

Dünən isə festivalda çərçivəsində “Qafqaz Resorte” otelinin qarşısında keçirilən konsertdə bəstəkar İ.Sibeliusun “Finlandiya” simfonik poeması, C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra və Fiqaronun kavatinası, V.A.Motsartın “Don Juan” operasından Don Juanın ariyası, Serlina və Don Juanın dueti, “Sehirli fleyta” operasından Paminanın ariyası, C.Verdinin “Don Karlos” operasından Rodriqonun ariyası, L.Bernştaynın “Kandid” operasından Kuniqundanın ariyası, J.Bizenin “Karmen” operasından Toreadonun kupletləri, F.Leqarın “Şən dul qadın” operasından duet, E.Svendsenin romansı və İ.Haydnın cello və orkestr üçün konserti səsləndirilib.

Orkestrin çıxışı norveçli Terje Mikkelsenin dirijorluğu ilə keçib. Orkestr solo ifadan əlavə, “Qızıl Şelkunçik” beynəlxalq mükafatının sahibi Lizi Ramişvilini (Gürcüstan, violoncel), vokalçılardan “Şahzadə Sonya” beynəlxalq musiqi müsabiqəsinin qalibi Audun İverseni, “Leonie Sonnings” beynəlxalq mükafatının sahibi Lina Consonu (hər ikisi Norveç) müşayiət edib.

Çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
# 2004 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər