“Bura zibil atanın Dubaydakı anasını...”

“Bura zibil atanın Dubaydakı anasını...”
25 iyul 2011
# 06:00
Facebook-da “HamamTimes” adlı səhifə var. Burda bir cümləlik gülməli qeydlər yazılır. Səhifənin yaradıcısı və qeydləri yazan şəxs bəlli deyil.

Kulis.az “HamamTimes”dan seçdiyi bəzi qeydləri təqdim edir.

- Təcili qana ehtiyac var. Qan qrupunun fərqi yoxdur. İmza: Ağcaqanad

- Şəhər sakinləri paytaxt üzərində görünən uçan naməlum obyekti icarəyə götürmək istəyirlər.

- Bayram Kürdəxanlı Fransa İncəsənət Universitetində "Meyxananın Fransa mədəniyyətinə" təsiri barədə mühazirə deyəcək.

- Satılır: Beşmərtəbəli evin altıncı mərtəbəsi. Aristonu da var. Təhminəsi də.

- Qlobal istiləşməyə görə Şərur rayonunun baş baytarı vəzifəsindən istefa verib.

- Qarabağ Azadlıq Təşkilatına dəstək məqsədiylə Bakı sakini Əliyev Elçin Ramiz oğlu özünü Qız Qalasından atıb!

- Türkiyə futbol dünyasında 100-ə yaxın adam həbs edilib. Türkiyə Daxili İşlər Nazirliyi isə yaydığı açıqlamada bildirib ki, həbslərdən xəbərsizdir!

- Həkimlər reper Qaraqanın qanının qırmızı rəngdə olduğunu bir daha dünya ictimaiyyətinə sübut ediblər.

- “Sındı qol qanadım, yanıma düşdü”- deyən Aşıq Ələsgər o gündən sonra uça bilmir.

- Call of Duty oyununda online olaraq erməniləri darmadağın edən gənc ANS teleşirkəti tərəfindən ilin vətənpərvəri elən edildi!

- Masazırda təsbeh zavodu açılacaq.

- Bura zibil atanın anasını Dubayda tapa bilməyən məhlə uşaqları, ruhdan düşməyərək Dubayda maşın və telefon alverinə başladılar.

- Neftçilər metrosu yaxınlığında “Kalqotka yarmarkası” təşkil ediləcək.

- Tarixə düşmək istədiyini etiraf edən orta məktəb şagirdi tarix kitabı yazmağa başlayıb.


Hazırladı: Günel ƏSGƏRZADƏ
# 2998 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər