Yoxa çıxdı bir şəhərin tifili – Günün şeiri

Mövlud Mövlud, yazar

Mövlud Mövlud, yazar

15 avqust 2022
# 10:40

Bu gün mərhum yazıçı Mövlud Mövludun doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən Şəhriyar Del Geraninin “Göyə bir Mövlud düşdü” şeirini təqdim edir.

Uzağı –
yolların, dənizlərin, adamların uzağı.
Aşağı -
günəşlərdən, küləklərdən, yağışlardan aşağı.
Uşağı -
şəhərlərin, kəndlərin, küçələrin uşağı.
Bir gecənin qəfilində
yoxa çıxdı
bir şəhərin tifili.
Yoxa çıxdı kişmişi gülüşlü,
sevdalı-işıqlı,
böyük həqiqətlərin nadinc səfili...
Yoxa çıxdı yuxarı.
Yuxarı -
yalanlardan, zamanlardan, binalardan yuxarı...

# 5118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #