Sənubər İsgəndərli Türkiyədə məşhur seriala çəkiləcək

Sənubər İsgəndərli Türkiyədə məşhur seriala çəkiləcək
15 aprel 2013
# 09:41

Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərli və aktyor Əzizağa Əzizov Türkiyədə seriala çəkilmək üçün dəvət alıb. Sənubər İsgəndərlinin Kulis.Az-a verdiyi məlumata görə dəvət olunduğu film TRT kanalında yayımlanan “Zəngin qız, kasıb oğlan” serialıdır: “Filmin rejissoru Birol Güvəndir. Onu bizim tamaşaçılar “Coçuklar duymasın”, “Papatyam” ”Səksənlər” seriallarının rejissoru kimi tanıyır. Birol Güvən azərbaycanlı ərlə arvadı oynayacaq aktrisa və aktyor üçün “Xəzər” televiziyasına müraciət edib. Onlar da bizi məsləhət görüb”.

S. İsgəndərli bildirdi ki, aprelin 29-da Türkiyəyə yola düşəcəklər. Çəkilişlər isə mayın ilk günləri başlayacaq.

Qeyd edək ki, Sənubər İsgəndərli və Əzizağa Əzizov Azərbaycanda çəkilən seriallarda çıxışlarını dayandırmayacaq.

# 4857 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #