Kulis.az-a danışan xalq artisti Rasim Balayev səhhəti haqda məlumat verib. Özünün dediyinə görə əməliyyatla ayaq barmağındakı yaradan yaxa qurtaracağını zənn edirdi, amma əməliyyatdan xeyli keçməsinə rəğmən yarası hələ də onu incitməkdə davam edir
Rasim Balayevin indi geniş yayılmış olan şirin xəstəliyi var-“şəkərli diabet”. Odur ki, adi bir yara uzun üzücü problemə çevrilir.
Rasim Balayevin başqa bir problemi Kinemotoqrafçılar İttifaqının 9 aydır ki, dövlətdən məvacib almamasıdır. İttifaqın katibi kimi Rasim Balayevin döymədiyi dövlət qapısı qalmayıb, “gözlə” deyirlər, amma məsələ həll olunmur ki, olunmur: “Belə getsə ittifaqı bağlayıb, gedib dublyajda-filanda işləyəcəm.”
Rasim Balayev Milli Dram Teatrına dəvət olunması ilə bağlı gəzən söz-söhbətə də aydınlıq gətirdi: “Elə-belə xəbər yayılmır, dəvət etmişdilər, amma imtina etdim. İmtina etməyimin də bir-neçə səbəbləri var. Əvvəla orda elə bir rejissor yoxdur ki, mən hayıl-mayıl olub şirnikib gedəm. İkincisi də o teatrda sanballı repertuar yoxdur, mən hansı tamaşada oynaya bilərəm, gərək gedəndə də tutarlı iş üçün gedəsən də, rüsvay olmaq üçün getmək mənə yaraşmaz.”
Rasim Balayev problemlər burulğanında
Müəllifin son yazıları

Hacı Murad Yagizarov: “Uşaqlar maşınımı əzib, özümü təhqir etdilər” - Müsahibə
16:42
16 sentyabr 2025

Babəkin mis qədəhi, Afətin güzgüsü, sənətkar ruhları dolaşan dəhlizlər - “Azərbaycanfilm”dən reportaj
21:00
24 yanvar 2025

“Uşağa dondurma, qadına gül” - Bakıda çəkilən rus filminin tarixi
17:30
19 noyabr 2024