"Məgər gülüş sayəsində insan qala bilmərikmi?" -Amerikalı romançıdan sitatlar

"Məgər gülüş sayəsində insan qala bilmərikmi?" -Amerikalı romançıdan sitatlar
7 sentyabr 2026
# 16:00

Bu gün amerikalı romançı, ssenarist və rejissor Ceyms Klavelin anım günüdür.

Kulis.az onun məşhur sitatlarını təqdim edir.

Bütün hekayələrin əvvəli, ortası və sonu var, və əgər onlar yaxşıdırsa, sonu elə başlanğıcdır.

Onların bir məsəli var: insanın dünyaya göstərmək üçün saxta bir ürəyi, xüsusi dostlarına və ailəsinə göstərmək üçün başqa bir ürəyi olur; əsl, gerçək və gizli ürəyi isə özündən başqa heç kəsə məlum deyil, o yalnız Tanrının bildiyi yerdə gizlənib.

Pis şeylər düşünmək dünyada həqiqətən də ən asan şeydir. Əgər ağlınızı özbaşına buraxsanız, o, getdikcə artan bədbəxtliyə doğru yuvarlanacaq. Lakin yaxşı düşünmək səy tələb edir. İntizam və məşq də məhz bunun üçündür.

Karma biliyin başlanğıcıdır. Növbəti mərhələ səbrdir. Səbr çox vacibdir. Güclü olanlar səbrli olanlardır, Anjin-san. Səbir – yeddi duyğuya: nifrət, pərəstiş, sevinc, təşviş, qəzəb, kədər və qorxuya uymaq istəyini cilovlamaq deməkdir. Əgər bu yeddi duyğuya təslim olmursansa, deməli, səbirlisən, o zaman tezliklə hər cür şeyi anlaya və Əbədiyyətlə harmoniyada ola bilərsən.

Heç vaxt bilmirsən... həyatı maraqlı edən də məhz elə budur.


Tanrının problemlərini Tanrıya, karmanı isə karmaya burax. Bu gün sən buradasan və sənin etdiyin heç bir şey bunu dəyişdirə bilməz. Bu gün sən sağsan, buradasan, hörmət görürsən və xoşbəxtliklə, yaxşı tale ilə mükafatlandırılmısan. Bu qürub çağını izlə, nə qədər gözəldir, elə deyilmi? Bu qürub çağçısı mövcuddur. Sabah mövcud deyil. Yalnız indiki an var. Xahiş edirəm bax. O qədər gözəldir ki, bir daha heç vaxt təkrarlanmayacaq; əsla, nə bu qürub, nə də bütün sonsuzluqda bir daha belə olmayacaq. Özünü onda itir, təbiətlə bir ol və karma haqqında – sənin, mənim və ya kəndin karması haqqında narahat olma.

Həyat necə də gözəl və necə də qəmlidir! Ötəri, keçmişi və gələcəyi olmayan, yalnız sərhədsiz indiki zamandan ibarət olan bir an...

Həqiqət axtarışı bütün dünyada ən vacib işdir və həm də ən təhlükəli.

Məgər biz yalnız gülüş vasitəsilə tanrılarla bir ola və bununla da yer üzündəki bütün dəhşətləri, israfçılığı və əzabları dözülən edə bilmərikmi? Məgər biz yalnız gülüş sayəsində insan qala bilmərikmi?

"Normal, sivil" həyatın o qədər çox hissəsi boş şeydir ki, təsəvvür edə bilməzsən... Səni qorxudan şey məni qorxutmur, məni qorxudan şeyə isə sən gülərdin.

Müharibələri yeniyetmələr aparır, bunu dərk edirsən. Əslində, bu müharibələri onları başladan siyasətçilər və qocalar aparmalıdır.

Qəzəbi yalnız ən yaxınların, dostların və qohumların yanında büruzə verməlisən. Heç vaxt yad adamların yanında əsəbiləşmə, çünki o zaman hörmətdən (üzdən) düşərsən.

Yalnız ölümün kandarında yaşamağın təsvirəsığmaz sevincini dərk edə bilərsən...

İllərin azlığı müdriklik çatışmazlığı demək deyil.

Mən qısa hekayələr yazıram. Onlar həcmcə böyük görünə bilər, amma fikirləşəndə görürsən ki, onlar bir kitabda dörd-beş roman deməkdir... Kitablarımdan birini götürməyinizin əvəzində mən oxuculara xərclədikləri pula dəyər verməyə çalışıram... Hər hansı bir kitab yazmaqda məqsəd oxuduğunuz şeyin reallıq olduğuna və onun bir parçası olduğunuza dair illüziya yaratmaqdır.

Sevgi xristian sözüdür, Anjin-san. Sevgi xristian düşüncəsidir, xristian idealıdır. Sənin nəzərdə tutduğun mənada "sevgi" sözümüz yoxdur. Borc, sədaqət, şərəf, hörmət, istək – bu sözlər və düşüncələr bizim sahib olduğumuz və ehtiyac duyduğumuz yeganə şeylərdir.

Ümumdünya adət-ənənələrinə görə, düşmənin sənin məhvini planlaşdırarkən və ya artıq planlaşdırdığı vaxtkı qədər heç vaxt nəzakətli olmur.

Özünü və vicdanını qoru, başqa heç kim səni qorumayacaq. Bil ki, pis qərar səni hər hansı bir güllədən qat-qat əminliklə məhv edə bilər!

Buludlar səma üçün bəhanədən başqa nədir? Həyat ölümdən qaçışdan başqa nədir?

Nə qədər təəccüblüdür ki, hətta ən hiyləgər və ağıllı insanlar da çox vaxt yalnız görmək istədiklərini görür, ən nazik pərdənin (fasadın) arxasına baxmağa demək olar ki, heç vaxt cəhd etmirlər. Yaxud reallığa məhəl qoymur, onu sadəcə bir fasad hesab edərək rədd edirlər. Və sonra bütün dünyaları darmadağın olanda... saçlarını yolur və ya paltarlarını cırır, tanrıları, kamiləri, bəxti, lordlarını, ərini və ya vassalını – hər şeyi və ya hər kəsi günahlandıraraq karmalarına ağlaşırlar, amma heç vaxt özlərini yox.

"Sənə kömək etmək üçün nə edə bilərəm?" – deyə o soruşdu. "Sabahın olduğuna inan."

Nə qədər çox bilirəmsə, bir o qədər əminəm ki, çox az şey bilirəm. Əbədi paradoks...

# 106 dəfə oxunub

Oxşar xəbərlər

Mərcan xala və polipləri - Orxan Saffarinin hekayəsi

Mərcan xala və polipləri - Orxan Saffarinin hekayəsi

13:36 7 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
Ördək balası - Yeni hekayə

Ördək balası - Yeni hekayə

10:55 7 sentyabr 2026
Omaroğlunun qayıtması - Vaqif Nəsibin hekayəsi

Omaroğlunun qayıtması - Vaqif Nəsibin hekayəsi

12:30 6 sentyabr 2026
Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

10:30 5 sentyabr 2026
"İllüziyanın ölməsindən daha kədərli heç nə yoxdur..."  - Məşhur macar yazıçıdan sitatlar

"İllüziyanın ölməsindən daha kədərli heç nə yoxdur..." - Məşhur macar yazıçıdan sitatlar

10:00 5 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər