Ağ saçlı qadın - Nigar Zeynalova

Ağ saçlı qadın - Nigar Zeynalova
29 noyabr 2021
# 20:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nigar Zeynalovanın “Ağ saçlı qadın” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

(Yaşanmış həyat hekayəsi)

Hər insanın həyatı bir hekayədir, yazılmamış roman, bir əsərdir.

Sizlərə bu həyatda az və əzabla ömür sürən bir qadının həyat hekayəsini danışacağam.

Bütün hekayələr bitdiyi yerdə başlayır...

Dağılan divarlar, məhv olmuş, viranə qalmış şəhərlər...Sanki,

daşlar-dağlar nalə çəkib ağlayır. Bu viranəlik insanı qorxudur, vahiməyə salır. Bir zamanlar cənnətdən belə seçilməyən bu

tənha şəhər, Ağdam... Lal sükut nə zaman pozulacaq görən ?!

Niyə bu susqunluq Ağdama dağ çəkdi desəm...

İllərlə yad nəfəslə boğulan Ağdama? İllər öncə səssizcə soxul-dular, dağıtdılar, yandırdılar, qırdılar, tələf etdilər. Elə ailəni yer üzündən tamamilə sildilər, elə insanı isə işgəncələrlə qətlə yetirdilər. İnsanlara cəhənnəm əzabı çəkdirdilər.

Bəli, soruşursunuz ki, bu qəddarlığı kim törədib, kim?!

Bir cavab var, ancaq bir cavab, mənfur Ermənilər.

Axı insan başqasının malına, yurduna, havasına, suyuna necə

göz dikə bilər? Bunu edən insan ən naqis və şərəfsiz insan ol-

malıdır. Bütün sözlərin bitdiyi, boğazın düyünləndiyi andır indi.

Mənə əziz olan bir insanın ruhuna hörmət əlaməti olaraq bu

hekayəni yazıram. Yadımdadır, uşaq idim. Uşaq bağçasının bir

otağında ailəsilə yaşayan bir qadın gördüm. Heç 30 yaşı belə olmazdı. Cavan olsa belə saçları qar kimi ağappaq idi. O qədər

mehriban və gözəl insan idi ki, hamı onu çox sevirdi. Heç kim ondan inciməzdi. Adı Sevinc idi. O, müəllim idi. Adı Sevinc olsa da həyat ona yalnız və yalnız kədər yaşatmışdı. Onun bir dəfə

pianoda Səxavət Məmmədovun "Bir azad quşdum" mahnısını ifa edib, ağladığını gördüm. Elə o zamandan bu qadın mənim diqqətimi cəlb etdi. İnsan sadəcə durub baxırdı, bu ağ saçlı qadına... Onun çöhrəsi qəmdən ibarət idi.

Elə oldu ki, bu ağ saçlı qadın mənə dərs deyəsi oldu. Onun həyat hekayəsini də elə bu zaman öyrənmiş oldum. Elə mənfur

ermənilərmiş bu qadının saçlarını ağardan. Gecə yarı qəfil bas-

qınla bütün yaxınlarını, qohumlarını, ata-anasını itirib. Bir tək övladlarını yalın ayaqla bağrına basıb və düşməndən qaça bilib. Bir

gecədə qəmdən qara saçları Allah necə ağardarmış...

Axır ki, ağ saçların sirrini öyrənmişdim. Bağçanın bir otağında

yaşayan bu qadın nə qədər ağır həyat imtahanları verirdi. Yurdu, yuvası ola-ola qaçqın adı ilə çağırılması, yaxınlarını itirməsi həyatını geri qaytarmağa çalışması, övladları üçün dik durması, bu gün də Azərbaycan qadınının məğrur simvoludur. Çox xoşbəxt insan deyildi. Onun gözlərindən hicran, Vətən həsrəti çəkdiyi açıq-aşkar bəlli idi. Onun yeganə arzusu doğma yurduna, Ağdama qayıtmaq idi.

Nəhayət illər keçdi, mən məktəbi bitirib ali məktəbə qəbul oldum. Bir neçə il sonra mənə əlimdə qələm tutmağı öyrədən bu

gözəl qadını görməyə getdim. Artıq həyatdan yorulmuş, həyat

sualları onun qamətini qırmışdı. Özümdən ixtiyarsız gözlərim

doldu. Aradan bir neçə vaxt keçdikdən sonra onun ürəyi bu qədər yükə dözmədi. Ədalətsizliyə, haqsızlığa, yurdsuzluğa, qaçqın damğası yeməsinə dözməyən bu mərd qadın artıq dünyada yox idi...

Sevinc müəllim həyatın bütün qəddarlığına göz yumub, əbədi rahatlığa qovuşmuşdu artıq. Bu xəbəri aldıqda çox pis oldum.

Günlərlə ağladım, bu qadının həyatının bir hissəsinə gözlərimlə şahid olmuşdum axı... Onun ağ saçları, yalnız ağ saçları göz önümə gəlirdi. Arzusu belə çin olmayan bu qadın vətən həsrəti çəkə-çəkə bu dünyadan köçdü.

Nəhayət illər keçdi. İkinci Qarabağ müharibəsi başladı. 44 gün davam edən Vətən müharibəsində igid oğullar Azərbaycanın işğal edilmiş torpaqlarını geri aldı. Əsir torpaqlar ermənilərin əsarətindən xilas oldu. Lakin hər sevinc kimi, kədər də yanında gəldi. Qəhrəman, mərd oğullar Vətən uğrunda şəhid oldular.

Çox ana gözü yaşlı, çox uşaq atasız, çox qadın isə yoldaşsız,

sirdaşsız qaldı. Gözümüzün yaşını silib, Vətən başın sağ olsun!

söylədik.

Qarabağ işğaldan azad olunduğu gün ilk yadıma düşən məhz o qadın oldu. O, qadın ki, Vətən həsrətilə cavan ömründə dünyanın işığına əbədi gözlərini yuman ağ saçlı qadın...

İndi isə o qadının ruhu azaddır. İnanıram ki, onun ruhu indi Ağdamda azad, ata-baba torpaqlarının üstündə gəzir. Onun yeganə arzusu artıq çin olmuşdu. Qarabağ işğaldan azad edilmişdi.

Bəlkə də ağ saçlarının rəngini də İlahi dəyişib?!

Göz yaşımı silə-silə yazdığım bu əsl həyat hekayəsi əslində minlərlə qaçqın insanların həyatından bir fraqmentdir.

Hekayəmə onun ifa edib kədərləndiyini bu sətirlərlə son qoyuram. Bu mənim müəllimimə vəfa borcumdur.

Bir azad quşdum, yuvamdan uçdum.

Torpağa düşdüm, bu gənc yaşımda.

Ruhun şad olsun, Sevinc müəllim!

Artıq Qarabağ azaddır!

Əbədiyyən məzarında rahat uyu, ağ saçlı qadın...

# 2265 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
#
#
# # #