“Az-Ya” işıq üzü gördü

“Az-Ya” işıq üzü gördü
21 aprel 2015
# 09:43

Qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenovun “Az-Ya” əsəri işıq üzü görüb. Kulisin məlumatına görə kitab Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından çap olunub.

Türk xalqlarının tarixinə yeni yanaşma, fərqli, orijinal münasibət sərgiləyən bu əsər uzun illər sovet ideoloji cəbhəsinin hücumlarına məruz qalsa da, müstəqillik illərində dünyanın bir çox dillərinə tərcümə olunaraq, kütləvi tirajlarla nəşr edilib.

Kitab Azərbaycan dilinə görkəmli tərcüməçi, uzun illər Tərcümə Mərkəzində çalışmış mərhum Natiq Səfərov tərəfindən çevrilib.

# 1830 dəfə oxunub

Müəllifin son yazıları

# # #