Putin dünən bu tamaşaya baxa bilmədi, repertuar dəyişdi

Putin dünən bu tamaşaya baxa bilmədi, repertuar dəyişdi
20 dekabr 2016
# 12:42

Dünən Ankarada Rusiyanın səlahiyyətli səfiri Andrey Karlov öldürülmədən əvvəl prezident Vladimir Putin Aleksandr Qriboyedovun “Malıy Teatr”da səhnələşdirilən “Ağıldan bəla” əsərinə baxmağa gedəcəkmiş.

Aleksandr Qriboyedov da Rusiyanın İranda səfiri olub. O, 1829-cu ildə Tehranda öldürülüb.

Qriboyedov səfir olması ilə yanaşı şair, bəstəkar, yazıçı kimi də tanınır. Amma onu daha çox məşhur edən “Ağıldan bəla” pyesidir.

“Ağıldan bəla” rus ədəbiyyatının klassiklərindən hesab olunur. Şeirlə yazılmış komediya yüksək rus cəmiyyətinin təhkimçilik dövrünü təsvir edir, 1808-1824-cü illəri əhatə edir.

Əsərin süjeti: Cavan dvoryan Aleksndr Andreyeviç Çaskiy xaricdən geri qayıdır. O, üç il görmədiyi sevgilisi Sofiya Famusova ilə evlənməlidir. Lakin Çaskiy öyrənir ki, sevgilisi Molçalin adlı yaltaq, bütün vəzifəlilər qarşısında əyilən bir adama aşiq olub. Bundan sonra Çaskiy məyus olur, axı necə ola bilər ki, Sofiya belə bir adam aşiq olsun. Tezliklə Moskvada söhbətlər yayılır ki, Çaskiy dəli olub. Nəhayət Çaskiy şəhəri tərk etmək qərarına gəlir.

Belinsi əsəri azad şəxsiyyətin iyrənc rus həqiqətlərinə etirazı kimi dəyərləndirirdi.

# 1945 dəfə oxunub

Müəllifin son yazıları

# # #