Dekabrın 23-ü saat 12-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə keçiriləcək.
Ədəbiyyatşünas alim Mətanət Vahidin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, müzakirə “Təranə Vahidin “Qarışqa təqvimi”. Çağdaş Azərbaycan ədəbiyyatında qadın nəsri” mövzusunda olacaq.
Qeyd edək ki, müzakirəyə giriş sərbəstdir.