Yəhudi zabiti müdafiə edən Emil Zolya - Ona sui-qəsd təşkil etmişdilər?

Yəhudi zabiti müdafiə edən Emil Zolya - Ona sui-qəsd təşkil etmişdilər?
29 sentyabr 2025
# 13:25

29 sentyabr fransız yazıçı Emil Zolyanın anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında materialı təqdim edir.

2 aprel 1840-cı ildə Parisdə kasıb bir ailədə dünyaya gələn Emil Zolya kiçik yaşlarında atasını itirib.

O, Burbon Kollecində internat təhsili alıb.

Tələbəlik illərində ədəbiyyata böyük maraq göstərir, rastına çıxan hər kitabı oxumağa çalışırdı.

Daha sonra Sen-Lui Liseyində təhsil almaq istəsə də, imtahanlarda uğursuz oldu, ikiillik işsizlikdən sonra bir nəşriyyatd işləməyə başladı. 1866-cı ildən isə bütünlüklə yazıçılığa yönəldi və bir daha başqa işlə məşğul olmadı.

Zolya ilk romanı “Klodun etirafı”nı 1865-ci ildə nəşr etdirdi. İlk böyük uğurunu isə “Tereza Raken” romanı ilə qazandı.

Bu əsərin ikinci cildinin ön sözündə “naturalist” sözünü ilk dəfə işlətmişdi. Sonralar onun məşhur əsərləri “Nana”, “Cerminal” oldu.

Bu romanlarda Zolya 1851-ci il dövlət çevrilişindən başlayaraq, 1870-ci ildə Sedan məğlubiyyətinə qədər davam edən İkinci İmperiya dövründə Fransız cəmiyyətinin mənzərəsini təsvir etməyə çalışırdı.

Fransa-Almaniya müharibəsi dövründə Zolya hökumətin və ordunun siyasətini “Çöküş” romanında kəskin tənqid etdi.

Daha sonra isə haqsız yerə məhkum olunan yəhudi zabiti müdafiə etməklə xalq arasında qəhrəman kimi tanındı.

Bu hadisə tarixə “Dreyfus işi” adı ilə düşdü. Zolya son romanını da məhz bu hadisədən ilhamlanaraq yazdı.

Zolya 29 sentyabr 1902-ci ildə evindəki sobadan çıxan qazdan zəhərlənərək vəfat edib.

Bəzi mənbələr onun sui-qəsd qurbanı olduğunu iddia etsə də, rəsmi qurumlar ölümü “qəza” kimi qeydə aldılar.

Yazıçının dəfn mərasimində 50 min nəfər iştirak etdi.

Natüralizmin ən böyük nümayəndəsi olan Zolya bütün əsərlərində insan iradəsinin zəifliyini, həyatın əsasən təbiət və ictimai şəraitin diktəsi ilə formalaşdığını göstərməyə çalışırdı.

O, xüsusilə “Cerminal” romanında kömür mədənlərində çalışan fəhlələrin ağır həyatını bütün gerçəklikləri ilə təsvir etdi.

Zolya “Tereza Raken” əsərində obrazların psixoloji vəziyyətini işləyərək adını geniş kütlələrə çatdırdı.

Onun fikrincə, “naturalist roman yazıçının müşahidələrindən istifadə edərək insan üzərində apardığı bir təcrübənin tətbiqidir.”

Zolya həmçinin romanı “laboratoriya” kimi görür, müəyyən şəraitə salınan insanın necə davranacağını səbəb-nəticə əlaqəsi ilə göstərməyə çalışırdı.

Onun qəhrəmanları cəmiyyətin sərt qanunları qarşısında talelərinin əsiri idilər: yaxşı insanlar yaxşı, pis insanlar isə pis sonluqlara məhkum idilər.

Zolya yaradıcılığının yetkin dövründə qələmə aldığı əsərlərlə dünya ədəbiyyatına böyük töhfə verib.

Əsərlərində naturalist prinsiplərə sadiq qalaraq sadə, təbii üslubdan istifadə edirdi. Onun “Cerminal”, “İnsan-heyvan” kimi əsərləri klassikləşdi və yazıçının ustalığını təsdiqlədi.

Zolya bütün əsərlərində insan iradəsinin əhəmiyyətsizliyini, həyatı əsasən, təbiət və ictimai mühitin müəyyənləşdirdiyini göstərməyə çalışırdı.

O, ədəbiyyatında yalnız istismar, ədalətsizlik və haqsızlıqlara qarşı mövqeyini əks etdirməklə kifayətlənməyib, həm də dövrünün siyasi hadisələrində açıq mövqeyi ilə ön plana çıxıb.

# 406 dəfə oxunub

Oxşar xəbərlər

Səhnəmizin unudulmaz "Məşədi İbad"ı - Çilingərlikdən böyük səhnəyə

Səhnəmizin unudulmaz "Məşədi İbad"ı - Çilingərlikdən böyük səhnəyə

18:35 13 noyabr 2025
“Mən Hötenin qəlbindəki son pıçıltı idim...” - Qoca şairin gənc muzası

“Mən Hötenin qəlbindəki son pıçıltı idim...” - Qoca şairin gənc muzası

17:21 13 noyabr 2025
Raskolnikov, Onegin, Oblomov...   - Rus ədəbiyyatının  ən arzuolunmaz kişi obrazları

Raskolnikov, Onegin, Oblomov... - Rus ədəbiyyatının ən arzuolunmaz kişi obrazları

17:20 13 noyabr 2025
Dövlət Xidmətinin rəisi:  "Tarixi abidələr mərhələli şəkildə bərpa edilir" - Müsahibə

Dövlət Xidmətinin rəisi: "Tarixi abidələr mərhələli şəkildə bərpa edilir" - Müsahibə

16:55 13 noyabr 2025
Çıraqqalada  infrastruktur yaradılacaq

Çıraqqalada infrastruktur yaradılacaq

15:18 13 noyabr 2025
Napoleonun brilyant broşu  3,5 milyon dollara satıldı

Napoleonun brilyant broşu 3,5 milyon dollara satıldı

15:00 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər