Xınalıq “ən yaxşı turizm kəndi” elan edildi

Xınalıq  “ən yaxşı turizm kəndi”  elan edildi
18 oktyabr 2025
# 11:00

Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə “Ən yaxşı turizm kəndləri 2025” mərasimi və üçüncü illik şəbəkə görüşü keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.

Ümumdünya Turizm Təşkilatının elan etdiyi “Ən yaxşı turizm kəndi” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb.

Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Müsabiqənin yekununda Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Best Tourism Villages” siyahısına daxil edilib.

Mərasimdə BMT-nin Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib.

BMT-nin Turizm Təşkilatının həyata keçirdiyi nüfuzlu “Best tourism villages” (“Ən yaxşı turizm kəndləri”) proqramı kənd turizminin inkişafında mədəni, təbii və sosial dəyərləri qoruyaraq dayanıqlı turizmə töhfə verən kəndlərə “Ən yaxşı turizm kəndi” statusu verir.

Bu günə qədər dünyanın 60-a qədər ölkəsində 180 müxtəlif kənd bu statusu qazanmağa nail olub.

Artıq bu siyahıda ilk dəfə olaraq Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin də adı var.

Beş min ildən çox tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.

2023-cü 4 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.

Qeyd edək ki, Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya ərazisi 2023-cü il 18 sentyabr tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

# 137 dəfə oxunub

Oxşar xəbərlər

"Daha uşaq deyiləm, dəyişə bilmərəm..." - Hansı qorxular bizə sərhəd çəkir?

"Daha uşaq deyiləm, dəyişə bilmərəm..." - Hansı qorxular bizə sərhəd çəkir?

13:00 18 oktyabr 2025
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert olub

Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert olub

12:38 18 oktyabr 2025
"Sevgili xalqına bundan böyük hədiyyə-miras..." - Vaqif İbrahimoğlu haqsızlıq etdiyini boynuna alır?!

"Sevgili xalqına bundan böyük hədiyyə-miras..." - Vaqif İbrahimoğlu haqsızlıq etdiyini boynuna alır?!

12:00 18 oktyabr 2025
"Mercury 2025" mükafatının qalibi bəlli oldu

"Mercury 2025" mükafatının qalibi bəlli oldu

10:10 18 oktyabr 2025
Mehriban Əliyevdan Müstəqilliyin Bərpası Günü münasibətilə PAYLAŞIM

Mehriban Əliyevdan Müstəqilliyin Bərpası Günü münasibətilə PAYLAŞIM

10:02 18 oktyabr 2025
Uşaq yazıçısı Gülzar İbrahimova ilə  görüş keçirilib

Uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib

16:35 17 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər