Bakı kosmopolit ünsürlərdən təmizləndi – ŞƏHƏR-KƏND POLEMİKASI

Bakı kosmopolit ünsürlərdən təmizləndi – <span style="color:red;">ŞƏHƏR-KƏND POLEMİKASI
21 iyun 2017
# 14:02

Bir neçə gündür ki, sosial mediada “Şəhər-kənd polemikası” gedir. Kulis.az tanınmış ziyalıların bu məsələ ilə bağlı fikirlərini öyrənmək üçün “Kənddən gələnlər doğrudan da şəhər mədəniyyətini korlayırmı?” sualıyla onlara müraciət edib. Cavabları təqdim edirik.

Nizami Cəfərov (millət vəkili)

“Bütün ölkələrdə şəhərin spesifik mədəniyyəti var. Bu mədəniyyət kosmopolitizmə meylliliyi ilə fərqlənir. Kəndlər isə etnoqrafikdir. Kənddən şəhərə gələnlər kəndin etnoqrafiyasını gətirirlər. Və bu zaman belə təsəvvür yaranır ki, kənddən gələnlər şəhərin mədəni iqlimini korlayır. Çünki şəhər kənarında saxlamaq üçün özüylə inək, qoyun gətirənlər də olur. Amma bu da şəhərə lazımdır. Kənddən şəhərə gələnlər özləri ilə yeni enerji gətirir, bu şəhərin milli ruhunun qorunmasına xidmət edir. Müstəqilliyin ilk illərində Bakıya bölgələrdən gələnlər oldu, qaçqınlar oldu, şəhərə milli ruh gəldi. Düzdü, özləri ilə psixoloji gərginlik də gətirmişdilər özləri ilə. Bu da təbiidir, ölkədə çətin proseslər gedirdi, müharibə var idi. Bu gərginlik də artıq keçib getdi. Və nəticədə Bakı kosmopolit ünsürlərdən təmizləndi. Bəli, şəhərin kosmopolit olması da yaxşı hal deyil. Kosmopolit şəhərlər milliliyi itirə bilir. Və bir də baxırsan şəhər millətin, ölkənin əleyhinə olur. Tarixdə belə hallar olub. Şəhər avropalaşıb, Avropanın ölkədəki desantına çevrilib, ya da iranlaşıb. Ya elə olmalıdır ki, balans olsun. Şəhər həm ümumdünya səciyyəsi daşısın, həm də milli olsun. Çox şükür ki, Bakı bu barədə həmin normativlərə cavab verir”

Hikmət Hacızadə (politoloq)

“Əslində bu proses hər yerdə gedir-Parisdə də, Moskvada da-hər yerdə. Və bu normaldır. Heç kimə deyə bilmərik ki, niyə gəlirsiz, bu onların haqqıdır, paytaxtlarıdır. Kim bu sözü işlədirsə, baxsın ki, onun atası, babası haradan gəlib, neçə gecə vağzalda yatıb. Mənim atam Şəkidən gəlib Bakıya. Mən Bakıda doğulub böyümüşəm bu o deməkdir ki, mən Şəkidən gələnlərə yuxarıdan aşağı baxmalıyam? Fransızların bir sözü var, deyir ki, dahilər kənddə doğulur, sonra Parisə gəlirlər ki, burada ölsünlər. Yəni, biz hamımız nə vaxtsa kənddən gəlmişik. Bu, normal prosesdir, buna sadəcə dözmək lazımdır. Və kömək etmək ki, onlar da şəhərləşsinlər. Daha onları gözüm-çıxdıya salmaq yox.”

Müşfiq Şükürov (filosof)

“Bəli, həqiqətən, kənd və şəhər mədəniyyəti deyilən şey var. Hər ikisinin özünün cazibəsi və üstünlükləri vardır. Şəhər həyatında təbiət dünyası əksikdirsə də, fərdi azadlıq, məsələn, daha çoxdur. Kənddəki kimi heç kim, heç kimin işinə burnunu soxmur. Yəni icma həyatı yaşamırlar. Fərdiyyətçilikdir. Bu azadlığa görədir ki, kənddən bir çox qızlar və oğlanlar qaçıb şəhərə gəlməyə can atır. Şəhər həyatı daha rasionaldır. Qonaq gəlmək üçün zamanlama etməlisən, məsələn. Saatlarla birisinin vaxtını ala bilməzsən, qəfil gələ bilməzsən, həyət evi deyil və s. Fərqlər çoxdur, ictimai yerlərdə özünü aparmaq məsələsində də, danışıqda da. Eyni zamanda kəndin də öz qaydaları var. Onları pozanda gülünc ola bilər, qınaqla rastlaşa bilərsən. Bakının öz mədəniyyəti vardı, ab-havası vardı, bəli. (Qeyd edim ki, bakılı deyiləm, rayondan gəlmişik). Lakin 80-ci illərin sonlarında qaçqın dalğası, rusdilli əhalinin xeyli hissəsinin köçməsi, mənzərəni dəyişdi. Bilirsiniz, hər hansı sistem müəyyən ölçü daxilində yad qatqıları əritmək imkanına malikdir. Bu təsirlər çox olanda, sistem daha yadı əridə bilmir və özü dəyişməli olur. Bunlar məlum məsələlərdir.”

# 3414 dəfə oxunub

Oxşar xəbərlər

520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

17:05 20 avqust 2025
İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləş toplandı

İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləş toplandı

17:00 20 avqust 2025
Misir Bieannalisi 12 il sonra geri qayıdır

Misir Bieannalisi 12 il sonra geri qayıdır

16:30 20 avqust 2025
Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

15:50 20 avqust 2025
Şair Məmməd İsmayıl  Tovuzda dəfn olundu - YENİLƏNİB

Şair Məmməd İsmayıl Tovuzda dəfn olundu - YENİLƏNİB

15:09 20 avqust 2025
Mürtəd Mustafa - Xəyal Məmmədovun hekayəsi

Mürtəd Mustafa - Xəyal Məmmədovun hekayəsi

15:00 20 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər