İşıqlar yansaydı, söndürüb yatardıq - Ən Maraqlı Statuslar

İşıqlar yansaydı, söndürüb yatardıq - <span style="color:red;">Ən Maraqlı Statuslar
3 iyul 2018
# 11:26

Dünən gecə saatlarında Azərbaycanın bir çox bölgələrində işıqlar söndü. Bir qədər sonra məlum oldu ki, Mingəçevir İES-də yanğın baş verib. Hadisə sosial mediada böyük əks-səda doğurdu və tezliklə bu mövzuda çoxlu statuslar yazıldı.

Kulis.az işıqların sönməsi ilə bağlı yazılmış ən maraqlı statusları təqdim edir.

Elvin Bayramlı:

Axşam işıqlar keçən kimi powerbank işinə girişən ağdamlılara eşq olsun.

Xaqani Hüseynov:

Az TV: Bizdə yanır.

Kəmalə Quliyeva:

İndi bildiniz Azərbaycanın ürəyi Mingəçevirdə döyünür?

Faiq Ağayev:

İşıqlar sönəndə tualetdə qalanlar: "Vaxsey gözüm çıxdı!" - bağırıblar.

Yusif Kərimli:

Söndürüb yandırdılar ki, bəlkə düzəldi.

Sərraf Balaxan:

Görəsən Şuşada da işıqlar sönüb?

Məhəbbət Türksoy:

“Sizdə də işıq sönüb?" bəhanəsiylə yazın ona.

Elnur Məmmədli:

Səni telefonumdakı 4 faizlik zaryadka qədər sevirəm, Azərbaycan!

Aqşin Yenisey:

Söndürmək istəyirlər, bacarmayacaqlar, Azərbaycan Şərqin günəşidi!

Fərid Azəri:

Ötən gecə neçə-neçə Azərbaycan vətəndaşının təməli qoyuldu...

Qılman İman:

Bu gecəki qaranlıqda elə qəşəng işıqlı yuxular görmüşəm.

Elvin Şirinov:

İstilik Elektrik Stansiyası istidən xarab olur...

Kənan Nəsir:

“Söndür-yandır, düzələcək” deyiblər, kimsə ciddiyə alıb.

Pavel Polanski:

Yenə kimsə ev tapa bilməyib, girib transformatora.

Günel Treu:

Azərbaycanlılar heç vaxt bir-birindən bu qədər elektrik almamışdı.

Xəzər Süleymanlı:

İndi hardasa bir Cırtdan başını itirib ki, buralarda işıq gələn tərəf olmalıydı axı.

Xaliq Bağırov:

İşıq yananda görmədiz kimin əli kimin cibindən çıxır?

Şəkər Yusifli:

Mətiş bacının yeri məlum. Elə bilin ki, bir külək idi, əsdi, qurtardı.

İlkin Abdullayev:

Düz doqquz ay sonra, aprelin üçü Azərbaycandakı bütün doğum evlərində yer çatışmazlığı olacaq.

Səxavət Məmməd:

İşıqlar yansaydı, söndürüb yatardıq.

Leyli Səfərova:

A bala, zəng elə gör xalangildə də işıqlar sönüb?

# 2375 dəfə oxunub

Oxşar xəbərlər

Salyanda kino sərgisi - "Çək... Amma bu dəfə fırçayla"

Salyanda kino sərgisi - "Çək... Amma bu dəfə fırçayla"

11:23 4 avqust 2025
Salvador Dalinin 173 avroya alınan tablosu hərraca çıxarılır

Salvador Dalinin 173 avroya alınan tablosu hərraca çıxarılır

11:00 4 avqust 2025
“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda: Aktyorların yerinə ekskavatorlar...

“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda: Aktyorların yerinə ekskavatorlar...

10:30 4 avqust 2025
Rəssamlıqla heykəltəraşlığın qovuşuğunda: Boyanmış, burulmuş kətan yamaqlarından  sənət

Rəssamlıqla heykəltəraşlığın qovuşuğunda: Boyanmış, burulmuş kətan yamaqlarından sənət

10:00 4 avqust 2025
"Sonuncu yaxın dostumu itirdim" - Anar və Əkrəm Xalq yazıçısı Elçin haqqında danışdı

"Sonuncu yaxın dostumu itirdim" - Anar və Əkrəm Xalq yazıçısı Elçin haqqında danışdı

19:53 3 avqust 2025
Əlifbamızı dəyişdik, ancaq... - Ana dilimizə kimlər qarşıdır?

Əlifbamızı dəyişdik, ancaq... - Ana dilimizə kimlər qarşıdır?

15:00 3 avqust 2025
# # #