Orxan Bahadırsoyun pyesi Almaniyada səhnələşdirilib

Orxan Bahadırsoyun pyesi Almaniyada səhnələşdirilib
10 iyul 2017
# 17:17

Gənc yazar Orxan Bahadırsoy Almaniyada keçirilən "Next Stage Europe 3" festivalına qatılıb.

Festivalda Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistandan olan dramaturqlar iştirak ediblər. Almaniyanın Höte adına İnstitutunun təyin etdiyi xüsusi münsif heyəti tərəfindən 400 namizəd arasından 12 dramaturq seçilib. Orxan Bahadırsoy festivala özünün "Saçını satan aktrisa" adlı dram əsəri ilə qatılmaq imkanı qazanıb.

Xüsusi münsif heyətinin seçdiyi dörd dramaturqun əsəri isə Potsdam şəhərində yerləşən Hans Otto teatrında səhnələşdirilib. Orxan Bahadırsoyun "Saçını satan aktrisa" pyesi iyul ayının 6-da həmin teatrın səhnəsində nümayiş olunub. Pyes Hans Otto teatrının repertuarına uzunmüddətli daxil edilib.

Festival çərçivəsində dramaturqlar Berlində yerləşən Maksim Qorki teatrında, Berlin İncəsənət Universitetində, Berlin Bertolt Brext teatrında, bir neçə muzeydə və tarixi məkanlarda olublar. Frankfurt (Oder) şəhərində Henrix von Kleistin ev muzeyini, Kleistin çalışdığı universiteti və 13-cü əsrdən qalma bir neçə tarixi abidəni ziyarət ediblər. Festivala qatılan dramaturqların Maksim Qorki teatrının dramaturqu Məzlum Nərgizlə, Berlin İncəsənət Universitetinin professoru, dramaturq Con fon Düffellə, Bertolt Brext və Hans Otto teatrlarının kollektivləri ilə, Almaniya Bundestaqının deputatı Martin Qorholtla görüşü keçirilib.

Qeyd edək ki, Almaniyanın Höte adına İnstitutu tərəfindən keçirilən "Next Stage Europe 3" festivalına Azərbaycan ilk dəfə qatılmaq şansı əldə edib. Festivalda Orxan Bahadırsoy Azərbaycanı təmsil edən yeganə dramaturq olub. Bundan başqa, gənc dramaturqun əsəri sentyabr ayında Almaniyada çap olunacaq dramaturgiya almanaxına daxil edilib.

Orxan Bahadırsoy oktyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək dramaturgiya seminarına da dəvət alıb./sputnik.az/

# 2182 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər