Gənc rəssamlar üçün rəsm müsabiqəsi elan edilib

Gənc rəssamlar üçün rəsm müsabiqəsi elan edilib
12 mart 2018
# 17:31

“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyası rəsm müsabiqəsi elan edib.

Kulis.az Azərtac-a istinadən xəbər verir ki, “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunub.

Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan müsabiqənin kuratoru Natalya Yarkovayadır. Müsabiqədə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələrinə üstünlük veriləcək. İştirak etmək istəyənlər əsərlərini aprelin 20-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanımaq və tanıtdırmaqdır.

Qeyd edək ki, toplanmış əsərlərdən ibarət sərginin mayın 1-də açılacağı nəzərdə tutulur.

# 2143 dəfə oxunub

Oxşar xəbərlər

Ölüm təhlükəsi ilə üz-üzə qalan aktyordan ilk foto

Ölüm təhlükəsi ilə üz-üzə qalan aktyordan ilk foto

13:05 4 may 2026
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olundu

Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olundu

12:28 4 may 2026
Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov niyə həbs edilmişdi?

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov niyə həbs edilmişdi?

12:00 4 may 2026
Tokioda möhtəşəm "Qızılgül həftəsi"

Tokioda möhtəşəm "Qızılgül həftəsi"

11:35 4 may 2026
Məşhur reper parik taxdı - Onu heç kim tanımadı

Məşhur reper parik taxdı - Onu heç kim tanımadı

11:15 4 may 2026
Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu

10:15 4 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər