Azərbaycanın ilk rok-operası təqdim olunacaq

Azərbaycanın ilk rok-operası təqdim olunacaq
7 fevral 2018
# 17:03

Bu ilin mayında Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkənin musiqi mədəniyyəti tarixində ilk dəfə yazılan “Səyyah Sindibad” əsərinin müəllifi, bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.

Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, Azərbaycan, rus, ingilis, italyan, çex dilində mətnlər, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri də yer alıb.

Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur.

Musiqinin bütün janrlarının yer aldığı bir saat qırx dəqiqəlik əsər musiqisevərlərin böyük marağına səbəb olacaq.

Qeyd edək ki, Azərbaycan musiqisində yenilik olan əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. Dəfələrlə nüfuzlu vokal müsabiqələrinin qalibi olan dramatik tenor Rizvan Sədirxanov İtaliyada Musiqi Akademiyasında təhsil alıb.

# 2513 dəfə oxunub

Oxşar xəbərlər

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Rusiyada teleqram VPN-lə də işləməyəcək

Rusiyada teleqram VPN-lə də işləməyəcək

17:38 12 mart 2026
Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

15:00 12 mart 2026
Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

14:50 12 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər