“Qadınlara ibadət etmək lazımdır” - Sitatlar

“Qadınlara ibadət etmək lazımdır” - Sitatlar
9 oktyabr 2019
# 21:00

Kulis.az alman yazıçı Erix Mariya Remarkın əsərlərindən sitatları təqdim edir.

Qadın sevgidən ağıllanır, kişi başını itirir.

Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz.

İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir.

İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir...

Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

İndi ancaq inəklər xoşbəxtdir.

Bir insan başqasına bir damcı istilikdən başqa nə verə bilər? Və bundan daha böyük nə ola bilər? Sən sadəcə heç kimi çox yaxına buraxma. Buraxsan həmişə yanında saxlamaq istəyəcəksən. Heç nəyi saxlamaqsa olmaz...

Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.

Xoşbəxtlik haqda 5 dəqiqədən artıq danışmaq olmur. Çünki xoşbəxt olduğunu deməkdən başqa bir söz tapmırsan. Bədbəxtlikdənsə bütün gecəni danışmaq olar.

Sevdiyi ilə görüşün xoşbəxtliyini ancaq bir dəfədən çox tərk edilmiş adam bilər.

İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır.

Bir insandan tamamilə ayrıldıqdan sonra onunla bağlı hər şeylə həqiqətən maraqlanmağa başlayırsan. Bu da sevginin paradokslarından biridir.

Ən gözəl şəhər odur ki, orada insan xoşbəxtdir.

Təslim olmayana qədər insan taleyindən güclü olur.

Primitiv insan özü haqda daha yüksək fikirlərə düşür.

Sevgi izahatlara dözümsüzdür. Ona hərəkət lazımdır.

Kiminsə öz ağlını nümayiş etdirməyini seyr etmək çox yorucudur. Xüsusən də o ağıl yoxdursa.

Hamının eyni cür hissetmə qabiliyyətinin olmağını düşünmək yanlışdır.

İnsan əslində vaxta nə qədər az diqqət yetirirsə və qorxu onu nə qədər az izləyirsə, bir o qədər xoşbəxtdir. Lap qorxu səni qarabaqara izləyir, yenə də gülmək olar. Əlimizdən başqa nə gəlir ki?

Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.

Başqasına məxsus olan qadın subaydan beş dəfə daha arzuolunandır – qəribə qaydadır.

Mən onun yanında dayanıb ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir.

# 7931 dəfə oxunub

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

11:30 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər