Əhməd bəy Ağaoğlu haqda kitab çıxıb

Əhməd bəy Ağaoğlu haqda kitab çıxıb
1 iyun 2018
# 10:11

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub. “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” adlı kitab bu günlərdə “TEAS Press” Nəşriyyat Evi tərəfindən çapdan çıxıb.

Nəşriyyatdan Kulis.aza verilən xəbərə görə, “Məşhurların həyatı” seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib.

Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. Müəllif qeyri-adi istedada malik bu şəxsiyyət barədəki bioqrafik məlumatların sadəcə sadalanması ilə kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izləməyə çalışıb. Əsəri oxuyarkən oxucunun qarşısında ecazkar istedada malik olan, xəyalpərəst, eyni zamanda üsyankar, əyilməz mübariz və mütəfəkkir bir şəxsiyyətin obrazı canlanır.

Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifidir. Onun bu mövzuya həsr olunan əsərləri Almaniya, ABŞ və Rusiyada işıq üzü görüb. Türkiyədə nəfis şəkildə çap edilən “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” kitabı rus dilindədir. Kitab tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.

# 2028 dəfə oxunub

Oxşar xəbərlər

"Fransa Müasir İncəsənət Ensiklopediyası"nda yer alan yeganə azərbaycanlı rəssam   - Günün tablosu

"Fransa Müasir İncəsənət Ensiklopediyası"nda yer alan yeganə azərbaycanlı rəssam - Günün tablosu

16:50 7 avqust 2025
Azərbaycan plovu Səmərqənddə beynəlxalq kulinariya festivalında

Azərbaycan plovu Səmərqənddə beynəlxalq kulinariya festivalında

15:50 7 avqust 2025
Məşhur aktyor illər sonra səhnəyə geri qayıdır

Məşhur aktyor illər sonra səhnəyə geri qayıdır

15:30 7 avqust 2025
Cazibəli rəqqasə yoxsa amansız ikili casus?  - Edam zamanı əsgərlərə öpüş göndərən "Şəfəqin gözü"

Cazibəli rəqqasə yoxsa amansız ikili casus? - Edam zamanı əsgərlərə öpüş göndərən "Şəfəqin gözü"

15:20 7 avqust 2025
İlon Mask Azərbaycanla bağlı paylaşım edib

İlon Mask Azərbaycanla bağlı paylaşım edib

15:18 7 avqust 2025
Urartu dövrünə aid qədim məbədlər aşkarlandı

Urartu dövrünə aid qədim məbədlər aşkarlandı

15:14 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər