Televiziya insanları necə edam edir?

Televiziya insanları necə edam edir?
7 may 2018
# 15:33

Elçin Əlibəylinin Maral Tahirqızını efirə çağırıb aşağılaması gündəmin əsas mövzularındandır. Adətən biz də adamları maraqlandıran mövzuları işləyirik, yazının oxunmasını istəyirik.

Amma məsələ mövzuda deyil, hər mövzu işlənə bilər, məsələ prinsiplərdədir. Hansı ki, onu hörmətli aparıcı Elçin Əlibəyli bilməmiş deyil, özü bu mövzuda bütöv bir dissertasiya işinin müəllifidir.

Hansı prinsiplərdir onlar?

Çox sadə prinsiplərdir. Bir moderator kimi, tərəfsiz olmalısan. Öz münasibətini bildirməməlisən, insanlara ehtiramlı münasibət göstərməlisən, hətta onların stullarının hündürlüyünü də nəzərə almalısan ki, kimsə özünü başqasından əskik, ya artıq hiss etməsin, eyni səviyyədə, bərabərtərəfli olduğunu duysun, bir müstəvidə polemikaya qoşulsun.

Bildiyimiz təməl etika prinsipləri. Amma gözümüz öyrəşir, bütün kanallarda ATV-dən Space-dək bu prinsiplərin pozulduğunu görürük, hətta bir mərtəbə yuxarıdakı APA TV-nin “İlhamla qırx dəqiqə” verilişində belə moderatorun tərəfsizliyi, bərabərlik prinsipini pozmasını belə gözardı edib, “keçəndə özünə deyərəm” deyə, təxirə salırıq.

Çünki bu artıq normaya çevrilib. TV insanları hörmətli və hörmətsiz deyə iki sinfə bölüb. Xoşqədəm Hidayətqızının verilişindən, Zaur Kamalın verilişinədək az qala hamısı verilişə dəvət olunan insanlara sayğısızca davranır. Bu sayğısızlıq köklü sayğısızlıqdır, “siz” yox, “sən” demək xırda bir məsələ deyil, aparıcılar, ekspertlər qonaqlara psixoloji təzyiqlər edir, minlərlə tamaşaçının gözü qarşısında onlara “pis anasan”, pis övladsan”, “pis qadınsan”, “pis kişisən” kimi travmalar yaşadırlar. TV öz qurbanları ilə, zamanı min il geriyə çəkib tamaşaçılarına edam-qurban “zövqü”nü yaşadır.

Belə verilişlərdə hansısa ictimai və ya sosial motiv ortadan çıxır, TV insanların durumu üzərindən tamaşaçı ilə alverə qoşulan bir aparata çevrilir.

Qıcıq doğuransa TV təmsilçisinin özünü alverçi kimi yox, ittihamçı kimi aparmasıdır. Bu imtiyaz hardandır, burası məlum deyil.

Açırıq TV-ni, görürük, ağlaşma-şivəndir və aparıcı Xoşqədəm Hidayətqızı gözüyaşlı bir qadına ya kişiyə “Sən necə ərsən?”, ya da “Sən necə arvadsan?” deyir. Yaxud Rövşanə Bektaşi cinsi orientasiyası ilə gündəmə gələn stilisti bir cümlə ilə tamaşaçıların, opponent qonaqların qarşısında nişangaha çəkir.

Bu yerdə vəziyyətin tam dərk etmək və paralellər aparmaq üçün metaforik düşüncəyə ehtiyac var. İsveç rejissoru Roy Anderssonun “İkinci mərtəbədən gələn mahnı səsi” sosial mövzulu tragifarsında belə dəqiq metaforalar var.

Məsələnin mənəvi-əxlaqi tərəfini sorğulamaq bizim haqqımız deyildir, lakin birinin sosial vəziyyəti, həyatdakı yeri, cinsi orientasiyası və ya fiziki halı sizə gülməli və ikrahlı gəlirsə, bu münasibəti verilişdə gizləyə bilmirsinizsə, bu necə peşəkarlıqdır?

Videoları izlədikcə, müxtəlif verilişlərdə Maral Tahirqızının qonaq olduğunu gördüm. Hətta birində Maral Tahirqızı adlı xanımın qarşısına keçib, “oxumayın” qəzəbi nümayiş etdirirdilər.

Məncə, Marallar oxumalıdır, çünki həmişə oxuyublar. Oxumaq bir insanın haqqıdır. Onun oxuması aparıcıların mahnılarından (bəhanə mənasında işlənir – A.) yaxşıdır. Ən azı özü-özü ilə səmimidir. Oxumaq istəyir və oxuyur. Bəlkə də TV-nin özünə belə əl qatmasını görüb gülür də.

Axı, marallar oxumasa, siz verilişə kimi çağıracaqsınız?

Sual budur, bax.

# 1905 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

18:39 9 sentyabr 2025
Dövlət Uşaq Filarmoniyası  konsert proqramı ilə çıxış edəcək

Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək

18:00 9 sentyabr 2025
"İblis"  yeni təqdimatda

"İblis" yeni təqdimatda

17:20 9 sentyabr 2025
İftixar Piriyev:  "Məndən sonra kimin gələcəyi barədə məlumatım yoxdur" - Açıqlama

İftixar Piriyev: "Məndən sonra kimin gələcəyi barədə məlumatım yoxdur" - Açıqlama

15:52 9 sentyabr 2025
İrəvan Teatrının direktoru vəzifəsindən azad edildi

İrəvan Teatrının direktoru vəzifəsindən azad edildi

15:24 9 sentyabr 2025
"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

15:00 9 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər