"Qulyabanı" filmi ekranlara çıxacaq

"Qulyabanı" filmi ekranlara çıxacaq
19 yanvar 2018
# 13:52

Yeni bir kommersiya filmi ekranlara çıxacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, macəra komediyası janrında lentə alınan “Qulyabanı” filminin istehsalatı artıq tamamlanıb və film 8 fevraldan etibarən kinoteatrlarda nümayiş olunmağa başlanacaq.

Filmdə hadisələr tez-tez qulyabanı peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanını lentə almaq üçün gələn türk jurnalistlə onun azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.

Filmin baş prodüseri Xalıq Əli, quruluşu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır.

Komediyada Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov, İqrar Salamov, Mithət Aydın, Arif Kərimov rol alıb.

# 4897 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

17:10 4 may 2026
“Space” televiziyasına yeni direktor təyin edildi

“Space” televiziyasına yeni direktor təyin edildi

16:13 4 may 2026
Bəstəkarlar İttifaqına yeni mətbuat katibi təyin olundu

Bəstəkarlar İttifaqına yeni mətbuat katibi təyin olundu

15:54 4 may 2026
Şəfa əvəzinə aqressiya...- Qarşılıqlı həkim - pasiyent münaqişələri bizə nə verəcək?

Şəfa əvəzinə aqressiya...- Qarşılıqlı həkim - pasiyent münaqişələri bizə nə verəcək?

15:30 4 may 2026
Günəş Mehdizadənin əri vəfat etdi

Günəş Mehdizadənin əri vəfat etdi

15:10 4 may 2026
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

15:02 4 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər