Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu
3 avqust 2026
# 10:25

Xalq yazıçısı Elçinin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

APA xəbər verir ki, abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Mərasimdə mədəniyyət nazirinin müavinləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət xadimləri, Elçinin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib.

Xatırladaq ki, Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb. Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.

# 794 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər