Tarixin ən məşhur oğurluğu: Tutanxamona aid artefakt hərraca çıxarılır

Tarixin ən məşhur oğurluğu:  Tutanxamona aid artefakt hərraca çıxarılır
28 iyul 2025
# 14:30

Misir fironu Tutanxamon dövrünə aid fil sümüyü və ağac materialından hazırlanmış, mürəkkəb oyma texnikası ilə düzəldilmiş çəyirtkə fiquru Londonda yerləşən kiçik bir auksion evi tərəfindən hərraca çıxarılacaq.

Kulis.az xəbər verir ki, çəyirtkə formasında olan bu qədim əşya kohl — yəni göz üçün istifadə edilən kosmetik maddə və ya ətir saxlamaq üçün istifadə olunub.

Həşərat formalı qabın qiymətinin 300.000 – 500.000 funt sterlinq (təxminən 400.000 – 675.000 ABŞ dolları) arasında dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, Misir sənət tarixçiləri artefaktın mənşəyi ilə bağlı ciddi şübhələr irəli sürüblər. Onların fikrincə, bu nadir fiqur 1922-ci ildə Tutanxamonun məzarını kəşf edən məşhur britaniyalı arxeoloq Hovard Karter tərəfindən qeyri-qanuni şəkildə əldə olunub. Tarixçilər hesab edirlər ki, artefakt məzardan gizli şəkildə çıxarılıb və sonradan şəxsi kolleksiyalara daxil edilib.

Misir hökuməti isə bu kimi halların qarşısını almaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək artefaktın geri qaytarılmasına çalışacağını bildirib.

# 1349 dəfə oxunub

Oxşar xəbərlər

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

17:00 18 sentyabr 2026
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

16:56 18 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi keçiriləcək

Tanınmış fotoqrafın sərgisi keçiriləcək

16:30 18 sentyabr 2026
Nadir sənət əsərləri hərraca çıxarılacaq

Nadir sənət əsərləri hərraca çıxarılacaq

16:00 18 sentyabr 2026
Sazdan kamançaya: Milli musiqi alətləri TikTokda

Sazdan kamançaya: Milli musiqi alətləri TikTokda

15:45 18 sentyabr 2026
Şuşada Milli Musiqi Günü qeyd edildi

Şuşada Milli Musiqi Günü qeyd edildi

15:43 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər