Tanınmış tərcüməçinin kitabı çap olundu

Tanınmış tərcüməçinin kitabı çap olundu
16 sentyabr 2022
# 18:45

Tanınmış tərcüməçi, jurnalist, redaktor Tehran Vəliyevin (1954-2015) “Dünya ədəbiyyatından tərcümələr” kitabı işıq üzü görüb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Aspoliqraf LTD” nəşriyyatında çapdan çıxan kitabın tərtibçisi və redaktoru Rafiq Vəli İmranoğludur.

Kitabda oxucular Tehran Vəliyevin tərcüməsində dünya ədəbiyyatının korifeyləri – F.S.Fiscerald, E.Heminquey, S.Hill, K.S.Duqqal, C.Coys və S.Kinqin əsərləri, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqanın “İndi növbə mənimdir” xatirə-memuarı ilə tanış olacaqlar. Kitabda Tehran Vəliyevin həyat yolundan da söz açılır, Azərbaycan ədəbi ictimaiyyəti nümayəndələrinin mərhum tərcüməçi haqqında xatirələri yer alıb.

Tehran Vəliyev uzun illər bədii tərcüməçilik və redaktorluq fəaliyyəti göstərib, ingilis dilindən C.D.Selincer, U.Folkner, E.Heminquey, F.S.Fitscerald və başqa yazıçıların əsərlərini, eləcə də rus və türk dillərindən bir sıra siyasi, elmi, pedaqoji ədəbiyyat nümunələrini Azərbaycan dilinə çevirib. O, onlarla kitab, tədris proqramı və məqalələr toplusunun redaktoru olub. Jurnalistika və nəşriyyat işi sahəsində müxtəlif vəzifələrdə işləyən T.Vəliyev 2001-ci ildən ömrünün sonuna – 2015-ci ilədək Mədəniyyət Nazirliyində çalışıb, şöbə müdirinin müavini, sektor müdiri olub.

# 2111 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər