Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlandı

Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlandı
27 avqust 2026
# 12:15

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, jurnalist və publisist Seyfəddin Dağlının anadan olmasının 105 illiyi münasibətilə “Mətbuatdan gümüş ekrana uzanan yaradıcılıq yolu” adlı təqdimat və “Sözün hikmətinə dəyər verən sənətkar” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan kulis.az-a bildirilib ki, materiallar yazıçının ədəbi irsinin daha geniş auditoriyaya çatdırılması, onun əsərlərinin tanıdılması və xüsusilə gənc oxucuların Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış olması məqsədilə hazırlanıb. Təqdimatda Seyfəddin Dağlının həyat və yaradıcılıq yolu, ədəbi fəaliyyəti, jurnalistika sahəsindəki xidmətləri, yaradıcılığının əsas istiqamətləri, əsərləri və Azərbaycan ədəbiyyatındakı mövqeyi haqqında geniş məlumatlar təqdim edilir. Kitabxananın rəsmi saytında (https://ryl.az/electronic-services/AI_kitab_teqdimatlari) yerləşdirilən təqdimatın süni intellekt texnologiyaları vasitəsilə hazırlanması Seyfəddin Dağlının zəngin yaradıcılıq irsinin gənc nəslə daha müasir, maraqlı və vizual formada çatdırılmasına imkan yaradır.

“Sözün hikmətinə dəyər verən sənətkar” adlı biblioqrafik icmalda dramaturq Seyfəddin Dağlının mənalı ömür yolu və çoxşaxəli yaradıcılığı haqqında məlumat, rəsmi sənədlərin tam mətni, görkəmli şəxsiyyətlərin yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır. Materialda Əməkdar jurnalist Qafar Əsgərzadənin “Sözün hikmətinə dəyər verən sənətkar”, Əməkdar jurnalist Flora Xəlilzadənin “Ustad və cəsarətli sənətkar”, yazıçı, publisist Tahir Abbaslının “Seyfəddin Dağlı - fizio-ideoloji surəti, şəxsiyyəti, özünə (və hamıya) məxsusluğu ilə seçilmiş obraz...”, jurnalist Zöhrə Fərəcovanın “Nə yazıbsa, doğrunu yazıb” adlı məqalələrin tam mətni təqdim edilir.

Vəsaitdə, həmçinin Seyfəddin Dağlının müəllifi olduğu kitabların biblioqrafik icmalı və dövri mətbuat nümunələrinin siyahısı da yer alır. Biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.

# 562 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

14:30 13 oktyabr 2026
Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

14:00 13 oktyabr 2026
Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

13:25 13 oktyabr 2026
Yeni elmi-texniki kitab nəşr olundu

Yeni elmi-texniki kitab nəşr olundu

13:15 13 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
Tanınmış aktrisa təyyarənin qapısını açmağa cəhd etdi

Tanınmış aktrisa təyyarənin qapısını açmağa cəhd etdi

11:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər