Şəki Teatrı mövsümü bu tamaşa ilə başa vuracaq

Şəki Teatrı mövsümü bu tamaşa ilə başa vuracaq
19 iyul 2023
# 11:15

Ümummilli Lider Heydər Əliyevin 100 və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin təşkil etdiyi silsilə tədbirlərdə Şəki teatrı da iştirak edib.

Kulis.az xəbər verir ki, 10 mart – Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Teatrda bir gün” layihəsi üzrə “açıq qapı” günü keçirilib və gənc rejissor Elvin Nurinin quruluşunda türk müəllif Toyğun Orbayın “21:15 qatarı” tamaşasının premyerası olub. Yaradıcı kollektiv bu səhnə əsəri ilə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə həyata keçirdiyi “Qonaq teatr” layihəsinə də qatılıb. İyunun 5-də ATXİ-nin səhnəsində nümayiş olunan tamaşa maraqla qarşılanıb.

Tarixi 1879-cu ilə gedib çıxan Şəki teatrı 1933-cü ildə dövlət statusu alıb, həmin il M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrı adı ilə fəaliyyətə başlayıb. “Qonaq teatr” layihəsi üzə tamaşa nümayişindən sonra Şəki Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə və dövlət statusu almasının 90 illiyi münasibətilə ATXİ-nin fəxri fərmanı ilə təltif edilib.

Yubiley ilində teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda braziliyalı yazar Gilyerme Fiqeyredonun “Ezop” tamaşasının premyerası da olub.

Tarixi mövzulara repertuarında mütəmadi yer verən teatrda iyun ayında rejissor Orxan Həmidlinin quruluşunda Xəqani Əliyevin dramı əsasında səhnələşdirilmiş “Çələbi xan” tamaşası geniş ictimaiyyətə təqdim edilib. Tamaşa görkəmli tarixçi alim, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr edilib.

Şəki teatrı təmsilçiləri ölkədaxili qastrol marafonunda da fəal olub. Kollektiv 22 iyunda baş rejissor Mirbala Səlimlinin quruluşunda Jan Batist Molyer və Mixail Bulqakovun əsərləri əsasında hazırlanan “Xəstəlik xəstəsi və ya yaşasın teatr!” adlı tamaşa (tragifars) ilə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edib.

Qeyd edək ki, teatr cari mövsümə iyulun 20-də Azərbaycan klassik dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası əsasında eyniadlı tamaşa ilə başa vuracaq. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Orucovadır.

# 1696 dəfə oxunub

Oxşar xəbərlər

Eldar Bolqarıstanın “Eurovision-2026” milli seçim finalının ulduz qonağı oldu

Eldar Bolqarıstanın “Eurovision-2026” milli seçim finalının ulduz qonağı oldu

19:02 3 fevral 2026
"Oskar"a namizəd göstərilən filmin ssenaristi İranda saxlanıldı

"Oskar"a namizəd göstərilən filmin ssenaristi İranda saxlanıldı

16:50 3 fevral 2026
Qəbələdə  “Qış nağılı” Musiqi Festivalı  keçiriləcək

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı keçiriləcək

16:20 3 fevral 2026
Üzvlük haqqını ödəməyən yazıçılar AYB-dən çıxarıldı

Üzvlük haqqını ödəməyən yazıçılar AYB-dən çıxarıldı

14:30 3 fevral 2026
Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub

Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub

14:25 3 fevral 2026
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

14:05 3 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər