"Şəhid atası o demək deyil kiminsə ailəsinə dil uzatsın" - Cavidan Novruz

"Şəhid atası o demək deyil kiminsə ailəsinə dil uzatsın" - Cavidan Novruz
20 fevral 2025
# 10:15

"Nəyin kini, davasıdır ki, Əli Nur ayağı boyda uşağa bu sözləri deyib?".

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz "Künc-bucaq" yutub layihəsində deyib. O, Xalq artisti Əli Nurun onun və mərhum atası, Xalq artisti Ramiz Novruzla bağlı dediklərinə cavab verib:

"Mədəniyyət nazirliyindən nümayəndələr atamın dəfninə gəldi və yasın bütün xərcini öz üzərinə götürdü. Əminəm ki, Əli Nur müsahibəmə özü baxmayıb. Demişəm ki, Əli Nur danışdı, mədəniyyət nazirliyinə səsləndi, amma orada nümayəndələr var idi. Sabahı gündə dediklərini dandı. Mən ona görə dedim ki, nümayəndələr var, danışmaq lazım deyildi. Deməmişəm, niyə gəlib? Dəliyəm belə deyim? Camaat məni yıxıb-sürüyür. Əli Nur insanları necə bu qədər inandırıb? Deyir ki, mən gəlməsəydim cəsəd ortalıqda qalmışdı. Düzdür, atamın nəşi teatrdan götürülmədi. Amma niyə ortalıqda qalsın?

Məni teatrdan çıxartdıracaq dərəcədə sözlər danışır. Məni virus adlandırır. Atamın ölüsünə dil uzadıb. Başa düşə bilmirəm ki, kim onu belə qızışdırıb? Çox haqsız sözlər danışdı. Ramiz Novruz gənclərə dəstək olub. Atam haqqında necə belə şeylər deyilə bilər? Məni yandırır bunlar".

Cavidan Novruz atasının mərhum Xalq artisti Telman Adıgözəlov, Əməkdar artist Teymur Əmrahla küsülü olması iddiasına cavab verib:

"Atam biz övladları üçün heç nə etməyib. Məni teatra götürəndə atamın heç xəbəri olmayıb. Şəhid atası o demək deyil kiminsə ailəsinə dil uzatsın. Teymur Əmrah zəng edib ki, niyə mənim adımı çəkir? Telman Adıgözəlova son günə qədər "əmi" demişik. Atam vəfat edəndən sonra Əli Nur məni onun otağından çıxartdırdı".

# 3036 dəfə oxunub

Oxşar xəbərlər

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

14:15 13 sentyabr 2026
Səs maşını - Roald Dahlın hekayəsi

Səs maşını - Roald Dahlın hekayəsi

12:30 13 sentyabr 2026
"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

10:30 13 sentyabr 2026
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər