Rusiya və ruslar bizdən nə istəyir?

Rusiya və ruslar bizdən nə istəyir?
1 iyul 2025
# 12:00

Kulis.az Orxan İsmayılovun yeni yazısını təqdim edir.

Rusiyanın Yekaterinburq şəhərində baş verən dəhşətli hadisə – Səfərovlar ailəsinin beş üzvünün rəhm və mərhəmət duyğusu olmayan OMON-çular tərəfindən döyülərək öldürülməsi – hər birimizi sarsıtdı. Sübh çağı keçirilən bu "əməliyyat" bir şeyi növbəti dəfə daha qüvvətli və aydın hiss etdirdi: ruslar bizi sevmir, hətta nifrət edirlər.

Rusiyanın böyük şəhərlərində və ucqar bölgələrində yaşayan azərbaycanlılar adətən “başqası” kimi qəbul olunurlar: “qara millət”, müsəlman, qafqazlı – nə olursa olsun, əsas odur ki, “özlərindən” deyillər. Bu “başqalaşdırma” post-sovet travmalarından, imperiya təfəkküründən və etnik üstünlük duyğusundan qaynaqlanan bir münasibətin məhsuludur. Rus siyasi və mədəni təfəkküründə “slavyanlıq” əsas sayılır və bu çərçivəyə sığmayan hər kəsə potensial təhlükə kimi baxılır. Burada “qara” sözü təkcə dərinin yox, həm də pasportun, dilin və kimliyin rəngidir.

FSB və OMON tərəfindən keçirilən əməliyyatlar çox zaman hüquqi çərçivədən kənara çıxır. Hədəfə alınanlar isə əsasən azərbaycanlılar və digər millətlər olur. Bizim xalqın nümayəndələrinə qarşı tədbirlər daha sərt, daha qəfil və daha dağıdıcı olur. Niyə? Çünki Rusiyadakı azərbaycanlıların icmalarında ailədaxili bağlar güclüdür, bir-birlərinə bağlıdırlar və cəmiyyət daxilində müstəqil yaşamağa çalışırlar. Rusiya kimi nəzarəti əsas prinsipə çevirən bir sistem üçün belə icmalar narahatlıq doğurur.

Əslində isə bu əməliyyatların çoxu şəffaf şəkildə araşdırılmır. Saxlanılanların aqibəti ictimaiyyətə açıqlanmır. Qətlə yetirilənlərin günahsız olub-olmadığı isə, çox vaxt, heç müzakirə də edilmir.

Rusiya və ruslar bizdən nə istəyir?

Rusiyada azərbaycanlılara bəslənilən kin və qəzəb dolu münasibətin kökü iqtisadiyyatdan tutmuş psixologiyaya, tarixdən siyasi münasibətlərə qədər uzanır. Əvvəlcə bunu qeyd etmək gərəkdir ki, Azərbaycan müstəqil dövlətdir və Rusiya ilə bərabər əsasda əməkdaşlıq etməyə çalışır. Bu isə imperiya təfəkkürü ilə idarə olunan Rusiyada ciddi narahatlıq doğurur. Onlar üçün ideal qonşu – itaətkar və asılı dövlətdir.

Azərbaycanlı ailələr hər yerdə öz milli və dini kimliklərini qoruyurlar. Bu da Rusiya hökumətinin yaratmaq istədiyi “vahid vətəndaş” modelinə uyğun gəlmir. Bu fərqlilik ya assimilyasiya edilməli, ya da cəmiyyətdən kənarda saxlanmalıdır.

Ruslar bizdən onlardan qorxmağımızı istəyir.

Ruslar bizdən özümüz kimi olmamağımızı və belə yaşamamağımızı istəyir.

Biz tarixin heç bir mərhələsində rusların nəzərində pərəstişə layiq bir xalq olmamışıq.

Rusiya siyasəti hər zaman açıq və gizli şəkildə bizə bayıldıcı tüstü təsirində olub; boğmağa, nəfəsimizi kəsməyə çalışıblar. Çünki biz itaət etməyi, daim öz sahibini axtaran qul kimi davranmağı sevmirik.

# 2236 dəfə oxunub

Oxşar xəbərlər

"Azərbaycan Kitab Mükafatının məqsədi yalnız qalibi seçmək deyil..." - Mətanət Vahid

"Azərbaycan Kitab Mükafatının məqsədi yalnız qalibi seçmək deyil..." - Mətanət Vahid

17:00 5 dekabr 2025
Türkiyənin tanınmış aparıcıları saxlanıldı

Türkiyənin tanınmış aparıcıları saxlanıldı

16:45 5 dekabr 2025
Bəxtiyar Vahabzadənin kitabı özbək dilində təqdim edilib

Bəxtiyar Vahabzadənin kitabı özbək dilində təqdim edilib

15:47 5 dekabr 2025
"Onun "Rüstəm bəy"i bəyliyin adına ləkədir..." - Ağasadıq Gəraybəylinin Tofiq Abdinə cavabı nə olmuşdu?

"Onun "Rüstəm bəy"i bəyliyin adına ləkədir..." - Ağasadıq Gəraybəylinin Tofiq Abdinə cavabı nə olmuşdu?

15:00 5 dekabr 2025
Afaq Bəşirqızı əməliyyat olundu

Afaq Bəşirqızı əməliyyat olundu

14:57 5 dekabr 2025
Nəriman Həsənzadənin son vəziyyəti

Nəriman Həsənzadənin son vəziyyəti

14:22 5 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər