Rejissor: "Yevlaxdan 3000 manat qazanmaq böyük uğurdur"

Rejissor:  "Yevlaxdan 3000 manat qazanmaq böyük uğurdur"
15 iyun 2023
# 11:20

Rejissor Asif Rüstəmovun APA-ya verdiyi müsahibə kino camiəsində polemikaya səbəb olub.

Asif Rüstəmovun bölgədə kinoteatrlara ehtiyac olmadığını deməsi həmkarlarının narazılığına səbəb olub.

Rejissor, ssenarist Pərviz Həsənov kulis.az-a açıqlamasında Asif Rüstəmovun bu cür fikir bildirməsindən təəssüfləndiyini qeyd edib.

"Asif Rüstəmovun belə bir fikir səsləndirməsinin səbəbini başa düşmədim və açığı, təəssüf elədim. Kinonun içində olan adamın bu cür fikir bildirməsi adamı məyus edir.

Yevlaxdan 3000 manat qazanmaq böyük uğurdur. Özü də kinonun indiki böhran şəraitində. Həm də tək Yevlaxdan yox, digər rayonlardan da pul qazanılıb. Arzu edirəm bütün istehsalçılar qazansın. Qazansın ki, yenidən kinoya pul yatıra bilsinlər".

Rejissor bölgələrdə film nümayişinin kino sənayesinə töhfə verəcəyini diqqətə çatdırıb.

"Kino sənayesinin inkişafı üçün biz məhz Yevlaxda, Kürdəmirdə, Bərdədə, Laçında, Şuşada və digər bölgələrdə olan zallara getməli, oradan qazanmalıyıq ki, kino inkişaf eləsin. Tək Bakı ilə kifayətlənmək olmaz. Bölgələrdə kino zalların olmağı vacibdir, şərtdir. Yoxsa ancaq dövlət pul ayırsın, oturaq çəkək, vəssalam?

Elə sənaye olmur. Elə inkişaf olmur.

İnkişafın əsası özəl sektorun olmasıdır. O olmadığı təqdirdə nə edirsən, et, xeyri yoxdur. Qısası, özəl sektor olmasa, özəl sektora dövlət dəstəyi olmasa, heç bir müzakirənin xeyri yoxdur. Ehtimal ki, Asif bunları bilir. Amma niyə belə bir fikir ifadə edib, baş açmıram".

# 2124 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər